Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI Adalet.az | Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI

9266    |   2019-08-21 09:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ilin yanvar – iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 13 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Həmin cinayətlərin 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2019-cu ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramını heroin, 518,7 kiloqramını marixuana, 195,9 kiloqramını tiryək, 9,1 kiloqramını həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.




İmza:

Bakıda qətl törədən 22 yaşlı keçmiş məhkumun məhkəməsi başladı

13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Kürdəmirdə evlərdən pul oğurlayan şəxs saxlanılıb

Cinayət törədən 33 nəfər saxlanılıb

“Xaş–xaş 2019” - 593 kq narkotik məhv edilib

Şamaxıda azyaşlının ölümü ilə bağlı cinayət işi açıldı - Saxlanılan var

Göyçayda dəhşət: Oğul 79 yaşlı atasını bıçaqladı

DİN və Baş Prokurorluq Lənkərandakı qətllə bağlı məlumat yayıb

Lənkəranda qətl: Dostları ilə birləşib dayısını öldürdü

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK