Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir Adalet.az | Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir

3357    |   2019-08-20 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəqliyyatın hərəkətinəsüni maneə yaradan məqamlardan biri də toy karvanlarıdır. Ümumiyyətlə,toy karvanlarının yol hərəkəti qaydalarına riayət etməməsi halları hər zaman müşahidə edilir. Bu da digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə törədir.

Baş Dövlət Yol Polisi İdarəsi vəziyyətlə bağlı profilaktik tədbirlər görür.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, bu mövzuda mütəmadi tədbirlər görülür, sürücülərə xəbərdarlıq olunur:

"Bu sahədə daim təbliğat işləri aparılır. Toy karvanlarının hərəkəti ilə bağlı sürücülərə xəbərdarlıq edilir. Təəssüf ki, bəzi hallarda qayda pozuntularına yol verilir. Qeyd etmək istəyirəm ki, yollardakı təhlükəsizliyi təmin etmək üçün yol polisi əməkdaşları daimi zəruri tədbirlər həyata keçirir və bəzi hallarda toy karvanlarının hərəkətinə xüsusi texniki vasitələrlə nəzarət olunur".

R.Quliyev qeyd edib ki, toy karvanı digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır:

"Toy karvanı bütün qaydalara riayət etmək şərtilə hərəkət etməlidir.Optimal sürət seçməklə manevr və ötmə qaydalarına əməl olunmalı, karvandakı avtomobillərin sayı mümkün qədər az olmalıdır. Avtomobillərin karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etmələri tövsiyə olunur”.(oxu.az)




İmza:

Bu şəxslərə akademiya təqaüdü veriləcək - YENİLƏNİB

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

Elşad Hacıyev: Vətəndaşların müraciətləri diqqətdə saxlanılır

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Dünyada ədaləti ölməyə qoymayın

Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Sabah məktəblərdə ilk dərsin mövzusu bu olacaq...

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK