nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | 50 qəpik verib keçdiyimiz asma körpü: Hər il yığılan altı min manat hara xərclənir? Adalet.az | 50 qəpik verib keçdiyimiz asma körpü: Hər il yığılan altı min manat hara xərclənir? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

50 qəpik verib keçdiyimiz asma körpü: Hər il yığılan altı min manat hara xərclənir?

4638    |   2019-08-20 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə Zərnavakörpüsünün pullu olması barədə paylaşımlar yenidən geniş müzakirələrə səbəb olub. Fotolardan da görünür ki, körpüdən istifadə haqqı kimi 50 qəpik nəzərdə tutulub. Yığılan pulunhara xərcləndiyi də maraq doğurur.

Oxu.Azməsələyə aydınlıq gətirmək üçün Zərnava bələdiyyəsi ilə əlaqə saxlayıb.

Bələdiyyənin əməkdaşı Haqverdi Məhərrəmov deyibki, körpü Lahıc kəndinə 12 km qalmış məsafədə salınıb və 2015-ci ildən ödənişlidir:

"Zərnava kəndinə gedən asma körpü 1997-ci ildə salınıb. Körpü 2015-ci ilə qədər ödənişsiz olub. 2012-ci ildə isə əsaslı təmir edilib. 2015-ci ildən etibarən Girdiman çayı üzərində salınan, Zərnava kəndinə aparan asma körpü bələdiyyənin balansına keçirilib.

Bələdiyyə əmlakı olan körpüdən istifadə haqqı bir nəfər üçün 50 qəpik müəyyən edilib. Turistlər üçün də eyni qiymətdir. Bizim tərəfimizdən heç bir süni qiymət artımı edilməyib. Körpüyə mütəmadi baxış keçirilir, təhlükəsizliyinin təmin edilməsi üçün işlər görülür. Burada işlər tam qayda-qanunla aparılır".

H.Məhərrəmov bildirib ki, ümumilikdə körpüdən eyni vaxtda təxminən30 nəfər istifadə edə bilər:

"Mövsümlə əlaqədar hər ay körpü yoxlanılır. Hər həftəsonu texniki işçilərimizbaxış keçirir. Detallar dəyişdirilir. Bələdiyyə balansına daxil olmazdan qabaq körpüdən yıxılanlar olub. Amma 2015-ci ildən bu günə qədər heç bir bədbəxt hadisə yaşanmayıb.

Körpünün 3-5 ton ağırlığa qədər dözümü var. Amma 30 nəfər eyni andakörpünün ortasında dayananda istər-istəməz balans pozulur. Dağınıq şəkildə dayansalar, yəni hər 2-3 nəfərdən bir 2-3 metr məsafə olsa, heç bir risk yoxdur".

Onun sözlərinə görə, Zərdəvan körpüsündən il ərzində altımin manata yaxın vəsait yığılır:

"Bu vəsait Zərnava bələdiyyəsinin büdcəsinə gedir. Mövsümə görə, turistlərin sayına və hava şəraitinə görə yığılan məbləğ ildən-ilə dəyişir.

Yığılan pulun hesabına yolların düzəldilməsi, ictimai binaların abadlaşdırılması, qəbiristanlıqlarda səliqə-sahman yaradılması təmin edilir. Dördil ərzində yığılan maliyyə vəsaiti ilə Zərnava kəndində tibb məntəqəsi tikilir. Həm də dörd əməkdaşa əməkhaqqı verilir. Onlardan biri körpüyə mövsümündən asılı olmayaraq nəzarət edir".




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK