ANA SƏHİFƏ / YAZARLAR

TUĞİ-LƏNƏT RADARLARDI, YOXSA SÜRÜCÜLƏR?!

16730    |   2010-05-06 05:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hansı qəzeti açırsan radardan yazır, radiolar radardan danışır, hətta televizyonlar da. Mətbuat və sürücülər az qala radarı ölkənin bir nömrəli probleminə çeviriblər. Bir sözlə, belə çıxır ki, yollarda qurulmuş radarlar tuği-lənət olub keçib bu millətin boğazına.
   
   Ay eşşəyin belində gizlədirlər, ay ağacların dalında gizlədirlər, ay maşının içindən çəkirlər...
   
   Bəli, radara bir müharibə elan ediblər. İndi gəlin görək tuği-lənət radardı və ya radarlardı, yoxsa sürücülər? Təbii ki, söhbət yol hərəkəti qaydalarını pozan, insanları ölümə sürükləyən, həm özünün, həm də insanların həyatı ilə oynayan sürücülərdən gedir.
   
   Gözəl yollar çəkilib. Yol kənarlarında da nişanlar qoyulub. Sürət nişanları, piyada-keçid nişanları, ötmə qaydasını pozmamaq üçün nişanlar, sürüşmə nişanları və sair və ilaxır. Eləcə də radarlar qoyulub. Dünyanın bütün sivil ölkələrində radarlardan istifadə edirlər. Sivil ölkələrdə az qala bütün yollar radarlar tərəfindən nəzarətə götürülür. Özü də nəinki magistral yollar, hətta ikinci dərəcəli yollar belə. Bu, təkcə yol hərəkəti qaydalarının pozulub-pozulmamasını izləmək üçün deyil, həm də cinayətlərin qarşısını almaq üçündü. Hər axşam televiziyalarda onlarla hadisənin şahidi oluruq ki, cinayətlərin açılmasında yollara və küçələrə qoyulmuş radarlar və kameralar necə böyük əhəmiyyət kəsb edir.
   
   Elə qardaş Türkiyədə ən kiçik baqqal dükanlarında belə kameralar qoyulub. Kameralar ayrı bir yazının mövzusudur. Qayıdaq radarlara.
   
   Daha çox nöqsan tuturlar ki, niyə radarları gizlədirlər? Bu da sivil ölkələrdə tətbiq edilir. Elə qardaş Türkiyədə də bu üsuldan istifadə olunur.
   
   Baxırsan magistralda 100, 90, 60, 50, 30 sürət nişanları vurulub. 90, 100 yaşayış məskənlərindən kənarda olan yollara aiddir. 60, 50 qəsəbə və kəndlərin içindən keçən yollara vurulur, 30 isə əgər yolun kənarında məktəb varsa, həmin ərazilərə vurulur.
   
   Qardaşım, sən bu qaydalara riayət eləmirsən, sən maşınında insan və ya kartof daşıdığının fərqində deyilsən, önündə keçən məktəbdə sənin də övladın oxuya bilər - ağlına gətirmirsən, buna radar köpəyoğlu neyləsin? Bu radarlar ona görə qoyulub ki, mənim, sənin səhvini tutsun, cəzalandırsın ki, bir də belə qələtlər eləməyək. Amma xeyri yoxdu, yenə öz işimizdəyik. Günahkarlar da radarları bilirik.
   
   Hara tələsirsən, qardaşım? Ölüməmi, öldürməyəmi?
   
   Vaxtilə Kəlbəcər, Laçın yollarında qəribə sözlər yazılmış lövhələr vurulardı: "Ata, yolunu gözləyirik", "Ata, mənə gündəlik aldınmı?", "Ata, ailə süfrənin başında bircə sən yoxsan" və sair və ilaxır. İstər-istəməz sürücü bir özünü toparlayırdı. İndi belə lövhələrə yol kənarlarında rast gəlmirsən. Deyəsən, bircə Ağcabədi rayonu ərazisindəki yol kənarlarında belə lövhələr var.
   
   Bir eksperiment aparıblar. Gərək ki, Moskva ilə Sankt-Peterburqun arası 650 kilometr yoldu. İki maşın buraxıblar, biri bütün yol hərəkəti qaydalarını pozmaqla mənzil başına çatmalıdı, biri isə qayda-qanunlara əməl etməklə. 650 kilometr məsafədə bütün yol hərəkəti qaydalarını pozan maşın mənzilə o birisindən yarım saat tez çatıb. Yarım saatla dünyada neyləmək olar? Deməli, Bakı-Qazax yolunda bütün qayda-qanunları pozsan, təxminən 25 dəqiqə vaxt uda bilərsən. 25 dəqiqəyə görə həm özünü, həm də başqalarının həyatını təhlükə altına atmaq axmaqlıqdan başqa bir şey deyilmi?
   
   Qardaşım, sən qanunlara riayət elə və radara düşmə. İstəyir o radarı eşşəyin belinə qoysunlar, istəyir ağacların dalında gizlətsinlər, nə fərqi? Günahı özündə gör. Qəzanı sən törədirsən, yoxsa radarlar?
   
   Tuği-lənət radarlar deyil, tuği-lənət yol hərəkəti qaydalarını pozub özlərini və insanları ölümə daşıyan sürücülərdir.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK