ANA SƏHİFƏ / YAZARLAR

BİLMƏDİM GÜLÜM, YOXSA AĞLAYIM!

(Hüseynqulu müəllimə dediyimiz düz çıxdı)

19019    |   2010-05-05 02:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya ili elan olunub. Çox gözəl. Ekologiyaya vurduğumuz yaraları sağaltmaq istəyirik. Zor işdi, amma mümkünsüz deyil.
   
   Əslinə qalsa, bir neçə ildi artıq ölkədə elə Ekologiya ilidi. Hər bir şəhərdə, qəsəbədə, kənddə ağac əkilməsi artıq kampaniya xarakteri daşımır, bir adətə, bir ənənəyə çevrilib. Bu, adamı sevindirir.
   
   Bunu ilk dəfə bir neçə il bundan əvvəl Naxçıvanda olarkən gördüm. Naxçıvan şəhərindən Basmakeçərə gedərkən böyük bir meşəlik gördüm. Dedim nə gözəl meşədi, söylədilər ki, bu meşə təbii deyil. Naxçıvan camaatı iməciliklə salıb bu meşəni. Düşdüm bir meşəni də gəzdim. Heyran oldum və Bakıya qayıdanda da bununla bağlı çıxış elədim.
   
   Ekologiya naziri Hüseynqulu Bağırov iməcilik yolu ilə olmasa da, öz işçilərinin əməyi sayəsində neçə ildi yolların kənarında belə bir meşəliyin salınmasına çalışır. Çox çətindi susuz yerlərdə, sarı torpaqda, qumda ağac becərmək. Amma işlərin gedişatı göstərir ki, yuxarıda qeyd etdiyim kimi, mümkünsüz iş yoxdu.
   
   İndi Bakıdan düz Hacıqabula qədər yolun hər iki tərəfində əkilmiş ağaclar özlərini tutublar və boy veriblər.
   
   Bakı-Şamaxı yolunda da çox böyük yaşıllaşdırma işləri aparılır. Bu bölgədə həm su çatışmazlığı var, həm də torpağın münbitliyi zəifdi. Dağətəyidir, dəmyə torpaqlarıdır, amma buna baxmayaraq, burda da meşə zolağı artıq özünü tutub. Yəni ağaclar boy verib.
   
   Yeri gəlmişkən, Ağdamdan Ağcabədiyə qədər yolun hər iki tərəfində xan çinarlar uzanıb gedirdi. Sonra hadisələr başladı, qaz olmadı, işıq olmadı adamlar məcburiyyət qarşısında qalıb bu ağacları kəsdilər. Hər dəfə o yolu gedərkən xan çinarların kötüklərinə baxıb ağrıyırdım. Və mənə elə gəlirdi ki, bu kötüklər də elə Ağdamda yanmış evlərdi.
   
   İndi həmin yolun kənarında Ağcabədidən düz Ağdama qədər yenidən xan çinarlar əkilir, eldar şamı əkilir. İndi o yolu gedərkən mənə elə gəlir ki, elə biz bu ağacları əkə-əkə gedib Ağdama çıxacağıq və Ağdamdakı evlərimizi də bu ağaclar kimi yenidən əkəcəyik.
   
   Qayıdaq Bakı-Şamaxı yoluna. Orda bir Cəngi qəsəbəsi var. Elə də çox ev yoxdu. Uzaqbaşı hər həyətdə ya bir ağac var, ya iki, bəzilərində isə ümumiyyətlə heç yoxdu. Və həmişə orda yaşayanları qınayırdım ki, niyə heç olmasa körpələrinin xətrinə ağac əkmirlər.
   
   Ekologiya Nazirliyinin əməkdaşları min illərdi ağac əkilməyən bu Cəngidə minlərlə ağac əkdilər, yetişdirə bildilər, artıq ağaclar kölgə salmağa başlayıb. Bir meşə yaranır.
   
   Bəs mən niyə gülmək, ya da ağlamaq istədim?
   
   Bir dəfə zarafatla Hüseynqulu müəllimə dedim:
   
   - Dostum, Cəngidə əkdiyiniz ağaclar artıq əməlli- başlı boy verib, kölgə salır, amma zəhmətinizə heyfim gəlir.
   
   Baxarsan, bir də görəcəksən ki, həmin ağacları kəsib yerində ya restoran, ya da çayxana tikiblər.
   
   Bu günlərdə televiziya çıxışlarımın birində də bu məsələyə toxundum.
   
   Srağagün Qəbələdən gəlirdim. Cəngiyə çatanda gözlərimə inanmadım. Maşını saxladım. Hüseynqulu müəllimə dediyim doğru çıxmışdı. Həmin meşəliyin içində bir ev tikmişdilər. Sonra çayxana eləyəcəklər, ya restoran eləyəcəklər, deyə bilmərəm. Bəlkə inzibati bina olacaq, nə fərqi? Hər halda orda ev tikmək günahdı.
   
   O ağacları əkən insanların zəhmətinə heyfiniz gəlmir-gəlməsin, amma heç olmasa balalarınıza heyfiniz gəlsin. Çünki artıq onların Cənginin 50 dərəcə istisindən qorunmaq, sərinlənmək üçün bir meşəliyi var.
   
   Təbii ki, nə güldüm, nə də ağladım. Başımı bulayıb şamaxılı şair dostum Qürbət Əzizin bir misrasını xatırladım: "Millət deyilik, kefik başdan-ayağa!".


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK