nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları Adalet.az | Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları

8816    |   2019-08-15 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Arktikada buzlaqların sürətlə əriməsi dünyanın gələcəyi üçün böyük təhlükə yaradır.

Svaalbard və Qrenlandiya adalarını bir-birindən ayıran Fram boğazı buzlaqların "öldüyü” yerlərdən biridir.

Qlobal iqlim dəyişikliyi Arktikada buzlaqları normadan ikidəfə artıq isidir ki, bu da kütləvi şəkildə əriməyə gətirib çıxarır. Bu isə buzlaqların altında bir çox xoşagəlməz proses yaradır.

Elm adamları buzun altındakı proseslərin hansı təhlükələr yaradacağını dəqiq bilmək üçün daha çox məlumat əldə etmək istəyirlər. Fram Boğazı Arktika Rəsədxanasının məlumatlarına görə, 1990-cı ildən bu yana dəniz buzlarının qalınlığı üç metrdən ikimetrə qədər azalıb.

Şimali Karolina Vilminqton Universitetinin fiziki Till Vaqner deyir ki, Arktikanın bütün yerlərində buzlaqlar incəlib. Alimlərin qənaətinə görə, buzlaqlara daxil olan isti sular Qolfstrim isti cərəyanı vasitəsilə gəlir. Elm dünyası qeyd edir ki, bu hal Arktika, Cənubi Kanada və Mərkəzi Amerikada temperaturu yüksəldəcək, Avropanın şimal-qərb hissəsində isə əksinə, havalar soyuyacaq.

"Bu isti sular Arktikaya daxil olduğu zaman buzlaqların altına düşür. Buzun altındakı təbəqə isə səthə yaxınlaşaraq buzları altdan əridir”, - deyə T.Vaqner bildirir.

Dərin qatlardakı buzlaqların tərkibi alimlərin əsas tədqiqat obyektlərindən biridir. Bioloji okeanoqraf Mattias Keyp bildirir ki, buz parçasının içərisində mikroskopik meşə mövcuddur.

"Bura mikroskopik orqanizmlərin evidir”, - deyə M.Keyp əlavə edir.

Alim deyir ki, bu orqanizmlər atmosferdən karbon-dioksidi özlərinə çəkərək, qlobal iqlim dəyişikliyinin azaldılmasında mühüm rol oynayır:

"Bu, fotosintezdir, onlar oksigen ixrac edirlər. Bu, bizim aldığımız oksigendir”.

Buzlaqlar təkcəArktikada yox, Antarktikada da sürətlə ərimə təhlükəsi ilə üz-üzədir.

Tədqiqatçılar Antarktikada buzlaqların sürətlə əriyəcəyini bəyan edirlər. Qənaətə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qala bilər. Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədəAntarktidada buz itkisi beşdəfə artıb.

Buz itkisi qitənin içərilərinə doğru irəliləyir və bəzi yerlərdə qalınlığı 100 metrdən də aşağı düşür. Qərbi Antarktikadakı "Thwaites” buzlağının gələcəkdə dəniz səviyyəsinin artması üçün çox böyük risk olduğu bildirilir. Təkcə bu buzlağın əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qalxa bilər.

Məlumatlara görə, dənizin dibindəki torpaq xətti geri çəkilir, bu isə qeyri-sabitliyin, buzların əriməsinin gözləniləndən çox olacağını deməyə əsas verir. Corciya Texnologiya İnstitutunun dosenti Aleks Robel hesab edir ki, temperaturun yüksəlməsinin qarşısı alınsa belə, yaxın 150 ildə buzlaqlar məhv olacaq.

NASA-nın alimi Helen Seroussinin fikrincə,yaxın 200-600 ildə bu hadisə baş verə bilər:

"Bu isə buz altındakı topoqrafiyadan asılıdır. Biz bu barədəətraflı məlumata malik deyilik”.

Aparılan yeni araşdırmalara görə, hətta gələcək üçün nəzərdə tutulmuş orta temperaturun 2 selsiyə kimi qalxması belə dəhşətli fəsadlarla nəticələnəcək.

Stokholm Davamlılıq Mərkəzinin professoru Uil Steffen Yerin dağıdıcı iqlim dəyişikliyinə nəzarət etməyin mümkün olmadığı bir kritik nöqtəyə çatdığını söyləyib.

Mütəxəssislərin fikrincə, bu, Arktikada buzlaqların azalması və Amazon meşələrinin qırılması kimi "domino effekti” yarada bilər.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK