Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Macəramız bitməyib, davam etməliyik" - Tahir Gözəl Adalet.az | "Macəramız bitməyib, davam etməliyik" - Tahir Gözəl Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Macəramız bitməyib, davam etməliyik" - Tahir Gözəl

11228    |   2019-08-14 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Bilirsiniz, tariximizdə nəticəyə bu qədər yaxınlaşmamışdıq. Əslində, pis taleyimizin başlanğıcı Kiprdəki ilk matçda son saniyədə buraxdığımız qol oldu. Bu, futboldur. Həmişə yaxşı oynayan sevinmir. "Qarabağ” layiqli oyun göstərdi. Bizim çox şansımız oldu. Rəqibin iki epizodu oldu və qola çevirdilər. Bu duruma çox üzülürəm.

- İlk oyunda "Qarabağ” 90+5-də qol buraxmasaydı, bu gün fərqli ola bilərdi?

- Əlbəttə, olmasaydı, bu gün bəlkə də, fərqli olacaqdı. Dediyim kimi, futbolda belə hallar olur. Qarşıda oyunlarımız var. "Qarabağ” Avropada yoluna davam etməlidir. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. Çox istəyirdik ki, burdan sevinclə ayrılaq. Azarkeşlər "Qarabağ”a son saniyəyə kimi dəstək oldu. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik.

- Futbolçularda arxayınlıq var idi, yoxsa APOEL yeni baş məşqçisi ilə fərqli oynadı?

- Təzə baş məşqçiləri onlara yeni ruh gətirdi. Bu, faktdır. Arxayınlıq demək düz deyil. Mən rahatlıq görmədim. APOEL böyük klubdur. Rəqibin 11 nömrəli futbolçusu 6 milyon avroluq futbolçudur. Onlara qiymət verməliyik. Avropa klubuna aşağı baxmaq olmaz. Bizdə alınmadı.

- UEFA nümayəndəsi ilə nə söhbət edirdiniz?

- Həmin şəxs Bosniya və Herseqovinadandır. 1995-ci illərdə universitetdə tələbə olmuşam. Həyatımın bir ilini Bosniyaya pul toplamaq üçün keçirmişəm. Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım. Bosniya və Herseqovinaya qarşı sevgim var. Bunu ona deyirdim. Bosniyaya gedəndə onu ziyarət etmək istədiyimi bildirdim.

- Baş məşqçilərin duelində Tomas Dollun qalib gəldiyini söyləmək olar?

- Bunu deməzdim. "Qarabağ” çox gözəl oynadı. İlk oyunda APOEL uduzmuşdu. Burda itirəcəkləri heç nə yox idi. Futbol və həyatda da belədir.

- Yunanların sevdiyi komandaya uduzmaq sizə necə hisslər yaşadır?

- Mən qarşı tərəfə heç vaxt fikir vermirəm. Mənim bir istəyim var: "Qarabağ”ın adını dünyaya tanıtdırmaq! Biz APOEL rəsmilərini qəbul etdik, onlara çətin vəziyyətimizi dedik. Tariximizdən bəhs etdik, nələr yaşadığımızı söylədik.

- Hədəf Avropa Liqasının qrup mərhələsinə düşmək olacaq?

- Əlbəttə, Monteneqro və İrlandiya çempionları duelində mərhələ keçən komandaya rəqib olacağıq. Bizə növbəti oyun çox vacibdir. İnanıram ki, yaxşı olacaq.

- "Qarabağ”a yeni transfer lazım deyil?

- Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. "Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik. Futbolçulara bu tərəfə gəlmək istəmir. APOEL ötən mövsüm futbolçu satışından 9 milyon avro gəlir əldə edib. Kipr Avropa Birliyinin parçasıdır. "Qarabağ”ı "Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdur.




İmza:

Tahir Süleymanov: "Azərbaycanla oyun "ədalət"in bərpa olunması anı idi"

MirHəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

Ronaldodan 700-cü qol

Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Rövşən Veysəlov İdman Klubunun möhtəşəm uğuru

"Mövsümün əvvəlində heç nə həll olunmur" - Qurban Qurbanov

“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı - Mxitaryan zəng edib

Aqil Abbas: “Stadiona dronla nənələrinin tumanını gətirmişdilər”

"Qarabağ Azərbaycanın torpağıdır" - "Marca" təxribatdan yazdı

“Təxribatla heç bir əlaqəmiz yoxdur” - “Düdelanj” üzr istədi

AFFA "Düdelanj" - "Qarabağ" matçında baş verən erməni təxribatı ilə bağlı bəyanat yayıb

"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov

SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK