nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi Adalet.az | Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi

5084    |   2019-08-10 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qurban bayramı ilə bağlı aidiyyəti qurumların mətbuat katibləri və 50-dək jurnalist vətəndaşlara çağırış edib.

Adalet.az-ın məlumatına görə, Qurban bayramı günlərində heyvan kəsiminin həyata keçiriləcəyi stasionar və çadırtipli kəsim məntəqələrində son tamamlama və hazırlıq işləri yekunlaşıb.

Bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 50-dək jurnalistin iştirakı ilə heyvan kəsimi məntəqələrində infotur təşkil edilib.

Tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların təhlükəsizlik tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib, məntəqələrdə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda bayram günlərində mediya nümayəndələrinin də iştirakı ilə ictimai nəzarət tədbirlərinin gücləndirilməsi üçün birgə fəaliyyətin həyata keçirilməsi müzakirə olunub.

Prosesi izləyib mövcud vəziyyəti yerində qiymətləndirən mediya nümayəndələrinin sualları cavablandırılıb və əhalinin maarifləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə media nümayəndələri də vətəndaşlara müraciət ediblər.

Müraciətdə bildirilir: "Hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunan Qurban bayramı özündə milli-mənəvi həmrəyliyi, bərabərliyi, humanizm və qardaşlığı, xeyirxahlığı və mərhəmət duyğularını ehtiva edir. Müqəddəs bayram günündə insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlam mühitdə yerinə yetirmələri əhalinin sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan Qurban bayramında insanların təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, küçə və yol kənarlarının, parkların və ictimai yerlərin təmizliyinin qorunması üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir.

Sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınmasına yol verilməməlidir. Eyni zamanda qurbanlıq heyvanlar kəsimdən əvvəl və sonra mütləq müvafiq baytarlıq müayinəsindən keçirilməlidir. Bu heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Qurban bayramında heyvan kəsimi və satışını həyata keçirən şəxslərə bir daha müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli kəsim məntəqələrində həyata keçirməyə çağırırıq.

Gəlin unutmayaq ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir”.



İmza:

Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb

Azərbaycana koronavirusun daxil olmasına qarşı tədbirlər görüləcək

Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı - VİDEO

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!

AZAL Çinə uçan sərnişinlərə müraciət etdi

Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir - Məzahir Pənahov

MSK deputatlığa namizədlərə çağırış edib

SON XƏBƏRLƏR
2020-01-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK