viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib Adalet.az | İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

3980    |   2019-08-09 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin".

Qurban bayramınız mübarək olsun!




İmza:

Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib

Ulduz Məcidzadə Əvəz Zeynallı ilə "Baş redaktorun qonağı" layihəsində

Bakıda sürücülərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçirilir

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Siz bilərsiniz, BMT-də Azərbaycan nümayəndəliyi var?

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Əli Əhmədov : Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO)

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)

Sabah 40 dərəcə isti olacaq

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK