hacklink Adalet.az | MÜQAYİSƏ - Fəridə RƏHİMLİ yazır Adalet.az | MÜQAYİSƏ - Fəridə RƏHİMLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜQAYİSƏ - Fəridə RƏHİMLİ yazır

4966    |   2019-08-09 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər iki nənə nəvəsini görməyə gəlib. Əldən-ələ, qucaqdan-qucağa keçərək əzizlənən körpə çox xoşbəxtdi. Axı uşaqlar məhəbbəti daha dərindən duyurlar. Hətta buna görə "İt əppəyə, uşaq məhəbbətə” deyə atalar məsəli də yaranıb. Səmimi, riyasız məhəbbət yalnız uşaq ürəyində olur.

Sənin, mənim söhbəti keçmir arada, qudalar olub-keçənlər, nəvənin, övladlarının güzəranı haqqında söhbət edərkən qonşu içəri girir. Əvvəlcə uşağı əzizləyir, sonra uşaqları körpəlikdən ikiüzlülüyə öyrədən ilk sualı verir: Hansı nənəni çox istəyirsən?

Düzdü, bu sualı adətən bəzi nənələr nəvəylə tək qalanda soruşurlar, uşaq da nənəsinin xoşuna gəlsin deyə, - səni! – deyə cavab verir. İkinci nənə də bu sualı versə, eyni cavabı verməyə məcbur olur və beləliklə ikiüzlülüyə alışmağa başlayır.

İntriqa yaratmaq həvəsiylə cavab gözləyən qonşunun sualına nəvə: Hər iki nənəmi çox sevirəm! – deyir. Cavab sanki xoşuna gəlmir qonşunun. Və "Oğlumun oğlu çaydan keçirər, qızımın oğlu...” deyə biədəb atalar məsəlini çəkir. - Daha çox atası tərəfə oxşayır, yəqin onları çox istəyəcək böyüyəndə.

Bu söhbətdən ana tərəfdə gizli bir qısqanclıq işartısı görünür...

Bütün bunları izlədikcə siyasi məsələlərin də bir ailəarası məsələlərə bənzədiyini gördüm. İki ölkə mehriban qonşuluq şəraitində yaşayır, mübadilələr, ticarətlər, turistik səyahətlər normal şəraitdə həyata keçirilir və kənardan buna dözməyən xəbis üçüncü qonşu aranı qarışdırmaq üçün min cür hiylələr fikirləşir. "Daha yaxşı və daha ucuz” məhsuluyla göz boyayır, düşmənlərdən müdafiə olunmasında yardım edəcəyinə əminlik yaradaraq müqavilələr, sazişlər imzalayır, silah satır, özünü güclü hiss etməsi üçün əlindən gələni əsirgəmir. Bu müddətdə eyni zamanda mehriban olduğu qonşu ilə aranı pozmaq üçün əlindən gələni əsirgəmir. Hər bir fərdin psixologiyasını öyrənərək ona uyğun şəkildə haqqını tələb etmək adıyla ən zəif nöqtələrindən istifadə edir və... artıq savaşa hazırdılar! "Üçüncülər” istəklərinə nail olaraq əksər müsəlman ölkələrini beləcə dağıtdılar.

Düzdü, siyasi məsələlər bu qədər də bəsit deyil və məqsədim bu məsələlərə qarışmaq deyil, demək istəyirəm ki, çox hadisələrin başlanğıcı evdəki, ailədəki tərbiyədən başlayır. Emosianallıqdan uzaq, səbirlə, sakit başla, ikiüzlülük etmədən, öz ağlıyla hərəkət edənlər uduzmurlar. Öz ağlı özünə kifayət edənlər - üçüncü ağıla ehtiyacı olmayanlar rahat, əmin-amanlıqda yaşaya bilərlər, təbii ki, əgər qarşındakı, ətrafındakı da sən ağıldaysa. Bizdə isə təəssüf ki, tarixən bu mümkün olmadı. Ayrı-ayrılıqda hər bir xan, şah, bəy babamıza maddiyyat təklif olundu və qonşusunun onun haqqında yanlış fikirlər söylədiyini dilə gətirdilər və emosianallıqdan beyni qızışıb, başı işləməyən (indiki dillə error verən) babalarımız da birləşmək əvəzinə mənəmlik həvəsinə düşdülər. Beləliklə də "tənha öküzü canavar yeyər” məsəli öz təsdiqini tapdı. Həm özlərini, həm xalqı bədbəxt elədilər. Və nə yazıq ki, illər, əsrlər keçsə də heç kim olanlardan dərs almadı. İndi Allahın yaltaq, miskin ermənisi öz evimizdə oturub bizə meydan oxuyur. Bizimsə boş-boş danışmaqdan ayrı bir şey gəlmir əlimizdən. Bilmək istərdim ki, Qarabağda keçirilən oyun ərəfəsində "Qarabağ bizimdi, NÖQTƏ!” deyən Paşinyanın sözü mənim kimi neçə milyonun içini yandırıb külə döndərdi?! Ürək, təzyiq dərmanı, əsəb sakitləşdirici, sərin su... kömək etməyən bu insanlardan neçəsi dözməyib infarkt oldu...

Doğrudanmı Qarabağ da o biri dədə-baba torpaqlarımız kimi qanunsuz mənimsəniləcək? Həm də erməni kimi ən alçaq sort millət tərəfindən? Bu sonu görmədən ölmək daha yaxşıdı.

İndi rahat yaşa görüm, necə yaşayırsan!




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK