ANA SƏHİFƏ / YAZARLAR

MEHMET ALİ BİRANDIN BAŞINDAN BÖYÜK QƏLƏTİ

16564    |   2010-05-01 12:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qardaşımız Türkiyənin ən çox izlənən kanalları çoxdan türklərin əlindən alınıb. Bəziləri ABŞ və Sorosa qulluq edir, bəziləri yəhudilərə və hətta eləsi var ki, ermənilərə. Yəni bu kanalın üzdə görünən sahibləri türkdü, amma görünməyən sahibləri isə yuxarıda qeyd etdiklərim. Bunlar əsasən "Show"", "Kanal D", "Star", "ATV", "Fox", "CNN", "Habertürk" kanallarıdır.
   
   Vaxtilə milliyyətçi kanal kimi tanının "TQRT" də amerikalıların əlinə keçdi. Dediklərimin həqiqət olduğunu bilmək üçün heç də alim olmaq lazım deyil, sadəcə olaraq iki-üç gün bu kanalları izləmək kifayətdir.
   
   Və bu ağır topların qarşısını yalnız "Avrasiya TV", "Bengutürk" "Ulusal kanal", "Kanal türk" kimi kanallar çıxıb mücadilə aparırlar ki, onlar da maddi-texniki baza sarıdan çox zəifdirlər. Hətta kimlərinsə göstərişi ilə bu kanallara reklam da verilmir. Bu kanalları izləsəniz görərsiniz ki, reklam zamanı ya hansısa şairin şeirini oxuyurlar, ya Atatürkün çıxışlarını verirlər, ya da Ozan Arifin, Arif Sağın şarkılarını.
   
   Qardaş Türkiyədə baş verən hadisələri bilmək və öyrənmək üçün demək olar ki, hər gün ondan çox kanalda xəbərləri izləyirəm. Və bir də siyasi diskusiyaları.
   
   Məsələn, bu günlərdə hansısa bir axmaq Əhməd Türkə bir yumruq vurub. Ondan əvvəl isə Dəniz Baykalı yumurta atəşinə tutmuşdular. Dəniz Baykala atılan yumurtalarla bağlı 30-35 saniyəlik xəbər verildi, vəssalam. Amma Əhməd Türkə vurulan bir yumruq neçə gündür ki, qeyri-türklərin əlində olan telekanallarda saatlarla müzakirə olunur. Yeri gəlmişkən, yumruq atanın hələ ABŞ-ınmı, yoxsa hansısa bir ölkənin xüsusi xidmət orqanlarının casusu olub-olmadığı da başqa bir məsələdi. Hətta bu yumruq söhbəti Obamanın keçirdiyi nüvə təhlükəsizliyi sammitində də bir nüvə bombası kimi partladı. "CNN" telekanalı BDP-nin başkanı Sakıkla Diyarbəkir bələdiyyə başkanı Osman bəyi canlı yayıma çıxartdı, düz üç saat. Onlar da bu üç saat ərzində Türkiyə dövlətini, Türkiyə hökumətini, Türkiyə ordusunu, Türkiyə millətini sökdülər, küçə söyüşləri ilə də təhqir elədilər. Və sonra bu veriliş "CNN"də bir neçə dəfə təkrar verildi. Ümumiyyətlə, bu kanallar Türkiyəni parçalamaq, Türkiyədə vətəndaş müharibəsi salmaq üçün şeytanın da ağlına gəlməyəcək üsullara əl atırlar.
   
   Nəhayət, gələk mətləbə.
   
   Bizim mətbuatda gedən maraqlı yazıları Avropadakı türk qardaşlarımız, eləcə də Türkiyədəki qardaşlarımız diqqətlə izləyirlər və çox vaxt öz qəzetlərində yerləşdirirlər. Və bəzən belə bir məktub da alıram ki, Aqil bəy, sizin filan yazınızı oxudum və mindən çox arkadaşıma da ilətdim ki, onlar da oxusunlar. Və demək olar ki, hər yazıdan sonra da xoş məktublar alıram, bəzən bunların içində təhqiredici məktublar da olur. Bu təhqiredici məktubların hardan qaynaqlandığı məlumdu. Yəqin ki, digər köşə yazarlarımız da mənim dediklərimi təsdiqləyə bilərlər.
   
   Çox təəssüf ki, Türkiyədə çıxan qəzetlərin hamısı ilə tanış olmaq imkanımız yoxdur, amma hər səhər "Bengutürk"də və "Ulusal kanal"da Türkiyədə çıxan nüfuzlu qəzetləri demək olar ki, oxuyurlar.
   
   "Kanal D" və "CNN"nin xəbər şefi Mehmet Ali Birandın Azərbaycanın əleyhinə yazdığı bir məqalə ilə səthi tanışlığım vardı. Amma həmin məqalənin səhərisi günü Cemal Mehmethanoğlu adlı bir arkadaşımız Birandın "Hürriyyət"də dərc olunmuş həmin məqaləsini mənim elektron poçtuma göndərdi və xahiş etdi ki, buna bir təpgi göstərim.
   
   Yazını diqqətlə oxudum.
   
   Mehmet Ali Birand peşəkar bir televiziya sunucusudu və Türkiyədə üzdə olan sunuculardan biridi. Amma elə də bir yazar deyil. Yəni Türkiyədə onu bir yazar kimi tanımırlar. Televiziyada söylədiklərinin orasından-burasından kəsib "Hürriyyət" qəzetinə köşələr yazır.
   
   Və hər axşam "Kanal D"də erməni açılımı, kürd açılımı, Kıprıs açılımı, ruhban açılımı, çingənə açılımı, PKK açılımı deyərək yaxasını yırtır. Bir sözlə, Türkiyənin parçalanması üçün özünü öldürür.
   
   Bircə faktı deyim. Hrant Dinkin ölümünün ildönümü ilə bağlı "Kanal D" həmin gün 24 saat dəsmal götürüb ağladı. Mehmet Ali Birand dədəsi öləndə elə ağlamamışdı ki, Hrant Dinkin ölümünə elə ağlayırdı. "Kanal D" yasa batmışdı. Və 24 saat ərzində də bütün verilişlərin süjetlərinin kadrarxası musiqisində "Sarı gəlin" səslənirdi. Axırda dəsmalı qurtardığından pencəyinin qolu ilə göz yaşlarını silən Birand tez-tez də deyirdi ki, belə ecazkar bir şarkısı olan millət də pis ola bilərmi? Nə isə. Birand məqaləsində yazır: "Obamanın 24 nisan günü Soykırım kəlməsini ağzına almaması, tasarının konqre genelkuruluna gəlməməsi üçün, türk yetkililərin verdikləri mücadiləni gördüm. Sonra ətrafıma baxdım. Və ortada Türkiyəyə yardımçı olan nə tək bir azəri gördüm, nə də bir simpati göstərisi. Sanki uzaqdan xısın-xısın gülüb bizimlə alay edirmişlər kimi bir hissə qapıldım".
   
   Əvvəla, Birand hələ Obamadan qabaq "uydurma soyqırımı" tanıyıb. Çünki yazısında gördüyünüz kimi, "soyqırım" kəlməsini şərhsiz, özü də böyük hərflə yazır.
   
   İkincisi, şeytanın da bilmədiklərini bilən Birand məgər xəbəri yoxuydumu ki, bizi həmin sammitə dəvət etməyiblər? Dəvət olunmadığımız yerdə bizi necə görə bilərdi? Bizim xısın-xısın güldüyümüzü də necə hiss edib?
   
   Daha sonra yazır: "Başbakan bir toplantıdan çıxıb digərinə girir, bir salondakı görüşmədən digərinə qaçır, dış işləri bakanı da eyni şəkildə sürəkli görüşmələr yapdı və dil tökdü. Nədəni də 24 nisan günü Başkan Obamanın yapacağı açıqlamada Soyqırım kəlməsini tələffüz etməməsi".
   
   Əvvəla, başbakanlarını da alçaldır, başbakan ora qaçır-bura qaçır, ona yalvarır- buna yalvarırg Türkiyə kimi bir cümhuriyyətin başbakanının kiməsə yalvarmasından da faciəli heç nə ola bilməz. Bu təkcə Türkiyənin başbakanının deyil, dünyadakı bütün türklərin təhqir olunmasıdı. Türkiyə ona-buna yalvarmalı deyil, hər kəsə yerini göstərməlidir. Amma nə qədər ki, Türkiyədə mehmetalibirandlar, mehmetbarlaslar, uğurdündarlar var və sair və ilaxır bu elə belə də davam edəcək.
   
   Daha sonra yazır: "Uzun illlərdir ilk dəfə bu qısır döngünün qırılma və Soyqırım sorununun heç deyilsə bir sürə üçün dondurula biləcəyi bir mexanizma bulundu. Protokollar bu acıdan tarixi bir yol ayrımı idi".
   
   Protokollar bir yol ayrımı deyil, Birand bəy. Protokollar Türkiyəni ayaqlar altına atacaq bir şeydi. Ermənistan "uydurma soyqırımdan" imtina eləməyib, Türkiyədən torpaq iddialarından imtina eləməyib, təzminat davasından imtina eləməyib. Protokollarda belə bir şey oxudunuzmu? Ermənistan Anayasa məhkəməsinin çıxartdığı qərarlardan xəbəriniz varmı? Sərkisyanın bəyanatlarından xəbəriniz varmı? Təbii ki, var. Amma bunu görməzdən gəlirsiniz. Çünki sizi Türkiyə yox, yaxın qohumlarınız ermənilər maraqlandırır.
   
   Və Azərbaycan da heç də Qarabağa görə protokollara qarşı deyil. Biz çox gözəl görürük ki, bu protokollardan sonra Türkiyənin başına nə oyun gələcək? Bunu sizin kor siyasətçiləriniz də görür, siz də. Amma kor siyasətçilərlə sizi maliyyələşdirənlər deyir "mənim sifariş verdiyim havaya oynayın", siz də oynayırsınız.
   
   Bakıdakı türk məzarlığında bayraqların endirilməsindən danışırsınız. Bu bir yanlışlıq idi və həmin bayraqlar yerinə qaytarıldı da. Həm də orda təmir gedirdi, elə bununla da bağlı idi.
   
   Amma nədənsə Bursada Sərkisyana xoş getməz deyə Azərbaycan bayrağını stadiona buraxmadılar və ən dəhşətlisi o idi ki, polislər Azərbaycan bayraqlarını (Azərbaycan bayrağı həm də Türkiyənin bayrağıdı) çöpə atdılar.
   
   Amma bizim aydınlar bunu qabartmadılar, bunu Türkiyə dövlətinin və türk xalqının ayağına yazmadılar. Bir valinin ətbaşlığına və AKP-nin səhv siyasətinə yazdılar. Və onu da yazdılar ki, stadionda minlərlə Azərbaycan bayrağı dalğalanırdı. Çünki biz Türkiyənin bayrağını da özümüzünkü bilirik.
   
   
   
   Oxucuları yordum deyəsən. Narahat olmayın, fikirlərimi bitirirəm.
   
   Birand yazır: "Azəri qardaşlarımız sadəcə seyr edir, xəfifcə də alay edirlər. Bütün bu qavğa yaşanırkən ancaq azəri qardaşlarımız sadəcə uzaqdan seyr etməklə yetinirlər. Sizlərdən soruram, Azərbaycan bu günə qədər bir gün belə olsa Soyqırım mücadiləsində Türkiyənin yanında yol aldımı? Konqre çalışmalarında dəstək verdimi? Örnəyin hansı PR şirkətini tutub dolayı bir kampaniyaya qatıldı? Mən heç xatırlamıram. Varsa, lütfən söyləyin və məni şaşırdın. Bakı seyrçi qaldı".
   
   Birand bəy, sizə xatırladım və sizi şaşırdım. Konqredə "soyqırım" sorunu müzakirə edilən günün səhərisi Azərbaycanın cümhurbaşkanı, zati-aliləri İlham Əliyev konqrenin çıxartdığı qərara bəyanatla öz etirazını bildirdi. Azərbaycan Parlamenti bu sorunu müzakirə elədi, bir etiraz bəyanatı qəbul etdi, bəyanat da elə həmin gün ABŞ konqresinə, eləcə də Obama administrasiyasına göndərildi. Azərbaycandakı bütün partiyalar- istər iqtidar olsun, istər müxalif- etiraz bəyanatları yaydılar və ABŞ konqresinə göndərdilər. Azərbaycan aydınları həm televiziya kanallarında, həm qəzetlərdə etirazlarını bildirdilər. ABŞ səfirliyinə qara çələng buraxdılar. Sayım, yoxsa bəsdi?
   
   Azərbaycan həmişə Türkiyənin yanında olub və olacaq. Ulu Öndər Heydər Əliyev deyib: "Biz bir millət iki dövlətik". Türkiyə bizim ikinci dövlətimizdir, kədəri kədərimiz, sevinci sevincimizdir. Və həmişə Türkiyənin yanında olmağımıza görə də ABŞ və Avropa ölkələri bizə zaman-zaman təzyiqlər göstərir.
   
   Və onu da biləsiniz ki, Azərbaycanın cümhurbaşkanı sayın İlham Əliyevin ABŞ-a dəvət olunmamasının özülündə də məhz bu nədən dayanır. Və həm də Türkiyəni təkləmək nədəni.
   
   Və sonda. Yazırsınız: "Xalqlar arasında sevgi və sayğını zorladığınız və ya pozduğunuz anda liderlər nə deyirlər-desinlər qırdığınız qəlbi bir daha birləşdirə bilməzsiniz".
   
   Biləsiniz ki, Azərbaycan aydınları həmişə bu qəlbləri birləşdirməyə çalışıb və əslində bir qəlb eləyib. Türkiyədəki aydınlar da buna çalışır.
   
   Yalnız Sorosun cocuqlarının bu qəlbləri qırmağa zoru çatmaz.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO