hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Bakıda avtomobil qaz borusu təmir olunan quyuya düşüb - "Azəriqaz"dan AÇIQLAMA Adalet.az | Bakıda avtomobil qaz borusu təmir olunan quyuya düşüb - "Azəriqaz"dan AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Bakıda avtomobil qaz borusu təmir olunan quyuya düşüb - "Azəriqaz"dan AÇIQLAMA

2693    |   2019-08-08 17:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.

"Azəriqaz” İstehsalat Birliyinindən verilən məlumata görə, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib. Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Təqdim etdiyimiz fotolarda da əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xəttləri də əksini tapır.

Məlumatda həmçinin qeyd olunur ki, işlərə başlamamışdan əvvəl ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb:

"Azəriqaz” olaraq qeyd edirik ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər”.




İmza:
SON XƏBƏRLƏR
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK