nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | 3 dövlət qurumu Qurban bayramı ilə əlaqədar BİRGƏ AÇIQLAMA yaydı Adalet.az | 3 dövlət qurumu Qurban bayramı ilə əlaqədar BİRGƏ AÇIQLAMA yaydı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

3 dövlət qurumu Qurban bayramı ilə əlaqədar BİRGƏ AÇIQLAMA yaydı

4890    |   2019-08-06 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri Qurban bayramı günlərində heyvanların kəsimi və satışı ilə əlaqədar birgə açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

Qurban bayramı ilə bağlı hər üç qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək:

"Mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaş, onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək.

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri bu bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyenik normalara cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçirməyi bir daha tövsiyə edir. Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin "102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər".




İmza:

Hərbi hissələrdə zirehli və xüsusi texnikaların vəziyyəti yoxlanılır

Könüllü gömrükçülərimizin fəaliyyəti uğurla başa çatıb

Bakı şəhər BPİ Fatimə Mövlamlının saxlanılması xəbərinə münasibət bildirdi

"Sədərək" dairəsində sürücüləri cərimələyən yol polislərinin izahatı alınıb

Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcəklər

Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb

Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq

Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək

Azərbaycanda baş verən yanğınlardan 53 nəfər ölüb, 232-i isə xəsarət alıb

FHN: Sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq

“İrəli” İB gəncləri Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

SON XƏBƏRLƏR
2020-01-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK