hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Güclü külək nə vaxtadək davam edəcək? Adalet.az | Güclü külək nə vaxtadək davam edəcək? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Güclü külək nə vaxtadək davam edəcək?

4293    |   2019-08-05 14:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan daxilində 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz avqustun 6-7-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.




İmza:
SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK