hacklink Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: KƏNDİMİN ADINA DUA Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: KƏNDİMİN ADINA DUA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlundan yeni şeir: KƏNDİMİN ADINA DUA

( Ürək yaramdan bir sızıltı)

7289    |   2019-08-02 11:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır
























Söykənibdi Kirs dağının dizinə
Dan üzündən düşən şehlə yuyunur...
Qız - gəlini düşüb bulaq izinə -
Gözəlliyi hər baxışdan duyulur...

Xumarlanır kol dibində bənövşə
Yaşıllıqlar göz oxşayıb - can alır!
Bürünəndə çay kənarı gülüşə -
Qayaları, daşları da canlanır...

Quşlu dərə, Gilaslı bağ, Baş bulaq
Sağdan, soldan axıb gedən dağ çayı...
Çiçəklikdə məst olub dəsgah quraq -
Seyr eyləyək, gözəlliyi havayı...

Tarixinə şahid olan hər daşın,
Qarşısında həm susaq, həm danışaq...
Təzələyək yurdun qaçqın yaddaşın -
Tuğ kəndinin sabahına qarışaq!



İmza:
SON XƏBƏRLƏR
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK