hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Sabunçu, Xətai və Yasamal rayonlarında qaz təchizatı dayandırılıb Adalet.az | Sabunçu, Xətai və Yasamal rayonlarında qaz təchizatı dayandırılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sabunçu, Xətai və Yasamal rayonlarında qaz təchizatı dayandırılıb

5074    |   2019-08-02 11:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün paytaxtın Sabunçu, Xətai və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat, Şərifzadə, H.Cavid və N.Nərimanov prospektləri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.

Bu gün, həmçinin səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində də qaz təchizatı dayandırılıb.




İmza:
SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK