Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Şeyx Nəsrullah gəlsəydi, ölmüş vicdanlarımızı dirildərdi - Eminquey Adalet.az | Şeyx Nəsrullah gəlsəydi, ölmüş vicdanlarımızı dirildərdi - Eminquey Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Şeyx Nəsrullah gəlsəydi, ölmüş vicdanlarımızı dirildərdi - Eminquey

7863    |   2019-08-03 15:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzrayıl da girinc qalıb...

Son zamanlar tez-tez təkrarladığımız cümləni xatırlayın: Ölümün yaşı cavanlaşıb...

Hə, cavanlaşıb, amma bu süni qiymət artımı kimi bir şeydir. Əzrayılın günahı yoxdur.

O səbəbdən ki, son zamanlar gənclərin ölüm səbəbinin bir xeyli faizi intiharın payına düşür. Ya zəlzələdən, ya vəlvələdən, gənclər qocalmaq fikrindən əl çəkirlər.

İki gün əvvəl öz kifsimiş həyat qanunları, mental təfəkkürləri, istəkləri ilə silahlanmış valideynlər Gülər adlı bir qızın yaxasından zəlzələ kimi yapışıb silkələdilər. Ki, sən 17 yaşında filankəsə ərə getməlisən. Zaqatalanın Əliabad qəsəbəsində. Zaqatala həm də buna görəmi seysmik zonadır? Gülərsə oxumaq, təhsil almaq istəyirdi. Bəli, sevdiyinə ərə getmək yox, məhz təhsil almaq. Yəni bu dəfə səbəb də seriallarımızın ana mövzusu kimi klişe deyil.

İki gün əvvəl Əliabad qəsəbəsində tövlədə bir qızın asılmış meyidini tapdılar. Onun adı Gülər idi, Gülər. Dialoji intihar! Səbəb var, etiraz var. Monoloji deyil, Gülər hər şeyin qaydasında getdiyi vaxt qəfil intihar edib heç kimi təəccübləndirməyib.

Yəni bu dəfə də Əzrayılı mat elədik. Yəni bu dəfə də Əzrayıla istirahət verdik ki, get, dincəl, özümüz alarıq canını.

Hərçənd ki Sabir o şeirini dini konteksdə yazmışdı, amma fərq etmir, nəticədə bu valideynlərin də məqsədi və şüarları birdir:

- Oxutmuram, əl çəkin!

Məni ən çox üzən şey orta statistik azərbaycanlının həyata gəliş məqsədinin bu iki şeydən ibarətdir olmasıdır:

- Diplom (əksərən təhsil almaq üçün yox, ac qalmamaqçun)

- Evlənmək (nəsil artırmaq üçün)

İndi Gülər hekayəsində hələ ən cılız həyat xətti hesab etdiyim bu iki şey də yarımçıqdır. Təhsil!

Nəsil artırmağı özünə hədəf seçən adamlar üçün təhsil də, istedad da, digər şeylər də önəmsizdir.

Gülərin ölümündən daha bir nəticə çıxır. Əgər onun "valideyn”ləri təhsilə qarşıdırlarsa, deməli Gülər bu günə kimi ata-anasından təhsil sözünü eşitməyib. Bəs, bu sevgi, istək onda hardan idi? İki səbəb var. Birincisi, mən iki əlli razılaşıram ki, artıq ailə tərbiyəsi dediyimiz şey də öz qüvvəsindən düşüb. Elə övladlar görürük ki, ailəsinə baxanda onun bu ailənin övladı olduğuna inanmazsan. Yəni düşdüyü mühitin təsirilə öz-özünü formalaşdıran, tərbiyələndirən gənclər var.

İkinci səbəbsə gənclərin, xüsusilə gənc qızların ailə basqısından canlarını qurtarmaq üçün çıxış yolu kimi təhsili seçməsidir. Rayondan, ucqar kəndlərdən şəhərə oxumaq üçün gələn gənclər burada sərbəst, azad həyat yaşamaq kimi fürsət əldə edirlər. Güləri şəxsən tanımadığımıza görə biz ikinci səbəbin üstündə dayan bilərik.

Bəs, yaxşı, bizim intiharlarımız xaricdəkilərindən nə ilə fərqlənir?

Məsələn, 1968-ci ildə Praqaya Sovet tankları yeridiləndə 21 yaşlı çex etiraz olaraq özünü yandırmışdı.

Şimali Avropada uzun, soyuq və qaranlıq qış ayları və ya Nord depressiyasını yaradan xüsusi gen və sair səbəblərdən intiharların sayı çox olur.

Amma bizdə isə intiharların əksəriyyəti ya borcunu ödəyə bilməməkdən, ya Gülər kimi zorla ərə verilməkdən, ya da cəmiyyətin basqısından doğur.

İntihar səbəbimiz də fərdidir, cılızdır.

Mən sonuncu dəfə etiraz obyekti böyük olan bir intihar gördüm, o da İsa Şahmarlının intiharı. Homoseksualların hüquqlarını müdafiə edən "Azad LGBT” təşkilatının sədri. İsa Şahmarlının etirazı ailəsi də daxil olmaqla bütün cəmiyyətə yönəlib. Bu onun "son məktub”undan da anlaşılırdı:

"Ölümümdə hamınız günahkarsınız...”

Biz "intiharların sayı artıb” dediyimiz halda bu gün mətbuata çıxan intihar informasiyaları, çıxmayan informasiyaların cüzi bir hissəsidir. Çox sayda insanlar ailələrində baş verən bu faciələri gizlədirlər, ən başlıca səbəb mentalitetlə bağlıdır. Çoxları bunun faciə yox, rüsvayçılıq kimi qəbul ediləcəyindən çəkinirlər, ələlxüsus da rayon yerlərində. O adamlar ki, psixoloq sözünə qarşı da bu cür davranırlar. Amma inkişaf etmiş cəmiyyətlərə baxsaq, nəinki psixoloq yanına gedənlərin çox olduğunu, hətta hər ailənin öz psixoloqunun olduğunu da görərik.

Hə, Gülərin intiharının arxasında həm də psixoloji zəiflik dayanır. Məsələn, o evdən qaça da bilərdi.

İntiharın səbəbləri kimi minlərlə şey sadalamaq olar. Sözümün canı bu deyil. Deməm bu ki, insanlar kor-təbii ailə qurmaqdan əl çəksinlər. Bu dünyada tək məqsəd evlənmək, törəmək deyil. Faydalı olmaq üçün təkcə bunlar şərt deyil. Uşaqlarınız sizin robotlarınız deyil. Onlara həyatlarını yaşamaq imkanı verin. Onlara lazım gələrsə, yıxılmağa da şərait yaradın ki, qorxmasınlar. Mən də, gənc nəsil də bir gənc kimi gəncliyimizi yaşamaq istəyirik.

Bu intiharların bizə gətirdiyi baş ucalığı tavandan asılan kəndirə qədərdir.

Şeyx Nəsrullah gəlsəydi, ölmüş vicdanlarımızı dirildərdi...



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-10-16
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK