ANA SƏHİFƏ / GÜNDƏM

Nazir: Azərbaycanın sənaye parklarında 1,5 milyard manatlıq məhsul istehsal olunub

6557    |   2019-08-01 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın regionlarında yaradılmış 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Nazir bildirib ki, nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb: "Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib”.

Ş.Mustafayev vurğulayıb ki, regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır: "51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözləyirik. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaqdır. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaqdır”.

Nazir qeyd edib ki, həmçinin investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir: "Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

Mən xüsusilə sosial sahədə görülən işləri də vurğulamaq istəyirəm. Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin tikintisinə də başlanmışdır. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aid idi. Bu proqram da uğurla icra olunur”.

İqtisadiyyat naziri əlavə edib ki, bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb: "İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Layihələr qəbul olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib”.




İmza:

Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

AzTV-nin koronavirusdan vəfat edən əməkdaşının səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

ƏLİ ƏSƏDOVA TƏKRAR MÜRACİƏT

Xalqını sevən, canını vətənə qurban verən polislərin günü: Gününüz mübarək!

Baş Prokurorluqda kadr korpusu komplektləşdirilir - Yeni təyinatlar var

Bakı şəhər prokurorluğuna yeni təyinatlar oldu

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə mindi

SON XƏBƏRLƏR
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK