hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl... Adalet.az | Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl...

2922    |   2019-07-31 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi, ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Orqan nəqli gözləyən xəstələrin sayı hər gün artmaqda davam edir. Bu gün yüzlərlə insan xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.

Bir ay bundan əvvəl Mərkəzi Gömrük Hospitalında qaraciyər serrozundan əziyyət çəkən 11 yaşlı Aynur Allahverdiyeva üzərində Dr.Mircəlal Kazıminin rəhbərliyi ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilmişdi. Aynurun donoru öz anasıdır. Əməliyyat uğurla həyata keçirilib. Hazırda uşağın və anasının vəziyyəti yaxşıdır.

Balaca qızcığaz əməliyyatdan qabaq öz təəssüratlarını bizimlə bölüşmüşdü. O, Mircəlal həkimə inandığı üçün əməliyyatdan qorxmadığını demişdi. Balaca Aynur əməliyyatdan ayılandan sonra gəlinciyinə müsahibə də vermişdi. Müsahibəsində anasına və həkimlərə minnətdarlığını bildirmişdi.

Aynur balaca, çox cılız olsa da, onun böyük ürəyi var, o, göründüyündən çox-çox güclüdür. Əməliyyatdan təzə çıxsa da, başqalarına həkimlərdən, əməliyyatdan qorxmamağı məsləhət görür. Hamıya səslənir ki, həkimlərə inanın, onlar sizi sağaldacaq.
Aynurla son görüşümüzdə o, çox sevincli idi. Həkimi Mircəlal Kazımi ilə söhbət edirdilər. Artıq o, sağalır və daha həkimlərdən qorxmayacağını və Mircəlal həkimə çox inandığını deyir. Həkimin "Mənə sözün var?” – sualına balaca qızcığaz onun boynuna sarılır...

"HƏKİM” adını şərəflə daşıyan bir insan üçün bundan artıq təşəkkür nə ola bilər?!
Aynur artıq müalicəsini evdə davam etdirir. O, yenə nağıllara inanır, balaca gəlinciyi ilə oynayır, özü nağıllar qurur. Bu inamı ona qaytaran şəxs isə onun həkimi Mircəlal Kazımi oldu. Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl... Mircəlal həkim belə həkimlərdəndir. Ona bu məsul və şərəfli işində uğurlar diləyirik.






İmza:

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün "İlk tibbi yardım" təlimi keçirib

Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Bakıda yeni klinikanın açılışı olub

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir

“Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Vaqif Qarayev: Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş...

HƏKİM MƏSLƏHƏTİ

Lənkəran limonu, məcun deposu...

Cərrah Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK