Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Hamımız “bozbaş” manısıq! - Ulucay Akif yazır Adalet.az | Hamımız “bozbaş” manısıq! - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Hamımız “bozbaş” manısıq! - Ulucay Akif yazır

16631    |   2019-07-30 08:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi hadisələr var ki, insanı çox təzadlı bir şəkildə həm sevinməyə, həm də üzülməyə vadar edir. Günümüzdə belə hadisələrə aid çox nümunə göstərmək olar, amma mən sadəcə ötən gün başıma gələn hadisəni danışmaqla kifayətlənəcəm.

Hava isti idi. Hətta deyə bilərəm ki, hava çox isti idi. Tərslikdən də həmin gün kondisionersiz avtobusa minməli idim. Avtobus gəldi və mən arxa sıradakı oturacaqlardan birində əyləşdim. Yenə təzə gələn "BakuBus”lara şükür, adam elə də sıxılmır istidən. Köhnə avtobuslarda az qalır adamın ürəyi partlaya.

Nəysə... Avtobusla 5-10 dəqiqə getmişdim ki, həmin o danışmaq istədiyim hadisə baş verdi. Avtobusa ağ saçlı, ağ saqqallı bir kişi mindi. Məncə, o kişini hamınız çox yaxşı tanıyırsınız. Məncə, elə hamınız da sevirsiniz. O kişi sevimli aktyorumuz Şamil Süleymanov idi.

O, gəlib orta sıradakı iki nəfərlik yerdən birində əyləşdi. İki yerin tam mərkəzində və istidən sıxıldığı bəlli olacaq şəkildə qollarından birini qaldırıb oturacağın çiyninə qoydu.

Avtobusdakı bəzi adamlar ona qəribə-qəribə baxıb tez üzlərini çevirirdi. Bunun səbəbini tam dəqiq deyə bilmərəm. Onu avtobusda görmək xoşlarınamı gəlməmişdi, yoxsa təəssüf hissi ilə baxırdılar, bilmirəm. Bircə onu bilirəm ki, Şamil bəyin yerində hansısa bir bayağı müğənni, ya da hansısa cinsiyyəti naməlum şou adamı olsaydı hamı onunla şəkil çəkdirərdi, yanından əl çəkməzdi.

Mənim içimdə isə Şamil bəyi görən kimi böyük həyəcan yarandı. Elə bil ən doğma adamımı gördüm. Sevindim. Şamil bəy əyləşəndən sonra bir müddət ona yaxınlaşıb-yaxınlaşmamaq barədə tərəddüddə qaldım. Bu cür həyəcanı son dəfə məktəb illərində xoşuma gələn qıza yaxınlaşmaq istəyəndə yaşamışdım. Yəni həyəcanım o qədər güclü idi. Cəsarətimi toplayıb yaxınlaşdım:

- Salam, Şamil bəy! Sizi avtobusda görmək necə də gözəldir! –deyib salamlaşmaq üçün əlimi uzatdım.

Şamil bəy əsəbi şəkildə və yüksək səslə cavab verdi:

- Adə, yeri ged e! Məni dolamısan?! "Sizi avtobusda görmək necə də gözəldir!” (məni yamsıladı). Buah! Nöş demirsən ki, sizi "Mercedes”də görmək istəyərdik?! Avtobusa minməyin nəyi yaxşıdı?!

Birinci bir az hürksəm də sonra üzümdə təbəssüm yarandı. Çünki Şamil bəyin obraza girdiyini anladım. Onun mimikası, bütün hərəkətləri artıq rola girdiyini göstərirdi. Kiçik səhnəcikdən sonra əlimi sıxdı, salamlaşdı və məni yanında əyləşdirdi:

- Səhv başa düşmə ha! Zarafat elədim. Birdən xətrinə dəyər. Keçən gün KVN-in oğlanlarının çəkdiyi bir videonu görmüşdüm, o yadıma düşdü. Nazpəri deyib ki, sənətkarlar metroya, avtobusa minməməlidir. Bəhram Bağırzadə ilə Tahir İmanov da video çəkmişdilər.



Videoya baxmayanlar üçün qısaca danışım. Hər kəs bir-bir metroya girir. Bəhram Bağırzadə də içəri keçmək istəyəndə metro mühafizəçisi "Sən hara gedirsən, alə?! Sənətkarlara metroya girmək olmaz!” deyib Bəhramı dala qaytarır.

- Heç bir problem yoxdur, Şamil bəy! Hə, o videoya mən də baxmışdım.

Qısa bir sükut çökür. Şamil bəyin niyəsə narahat olduğunu hiss edirəm. Tez-tez ora-bura boylanır. Sükutu pozuram:

- Əslində sizi avtobusda gördüyümə üzüldüm. Sevincim sizi görməyimə görə idi. Sadəcə sizi avtobusda gördüm deyə cümlə də ağzımdan elə çıxdı.

- Narahat olma, oğul. Bilirəm.

Şamil bəylə bir neçə tədbirdə rastlaşmışam. Məni az-maz da olsa tanıyır:

- Universiteti bitirdin? – soruşdu.

- Bəli, bitirdim.

- Haranı?

- Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi. Bu il magistraturanı bitirdim.

- Hə, nə gözəl! İş tapmısan?

- Bəli. "Ədalət” qəzetində işləyirəm.

Şamil bəyin kefi birdən düzəldi:

- Oooooooo! Aqil Abbasın yanında işləyirsən? – güldü.

- Bəli! – mən də güldüm.

- Ta denən mənim dostumun yanında işləyirsən ki! Aqilə salamımı çatdırarsan! Denən ki səndən muğayat olsun!

- Salam göndərən sağ olsun! Baş üstə! Deyərəm!

Düşəcəyi dayanacağa çatdığını görüb tez yerindən qalxır. Sürücüyə gediş haqqını ödəyəndə mən tərəfə çönür:

- Sən də Aqil Abbasdan muğayat ol ha! Yaxşı?!

- Baş üstə!

- Düşərsən! Sağ ol!

- Sağ olun!

Avtobusdan düşən ağ saçlı, ağ saqqallı kişi birdən yoxa çıxır.

Sürücünün yanında dayanan adam sürücüyə deyir:

- Tanımadın o kişini?!

- Yox, tanımadım. Kim idi ki?

- Məşhur aktyordu e. Adı yadımdan çıxıb.

- Olsun da aktyor. Hamımız aktyoruq da.

Hə, Şamil bəyin yerində hansısa bir "bozbaş” manıs olsa idi, nə onu "tanıyan” adam adını unutmazdı, nə də sürücü elə cavab verməzdi.

Çünki hamımız aktyor yox, "bozbaş” manısıq!



İmza:Ulucay Akif

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK