viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Fəridə RƏHİMLİ: GÖZƏL HƏYAT AXTARIŞI Adalet.az | Fəridə RƏHİMLİ: GÖZƏL HƏYAT AXTARIŞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Fəridə RƏHİMLİ: GÖZƏL HƏYAT AXTARIŞI

7126    |   2019-07-29 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyəyə səfər edənlər təsdiq edər ki, hər səfərdə yolçuların əksəriyyətini azərbaycanlılar və demək olar ki, 80 faizini qadınlar təşkil edir.

Statistikaya görə keçən ilin birinci yarısında Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayanlarla 800 nikah bağlanıb.

Ekspertlər bunun səbəbini cürbəcür amillərdə axtarırlar. Bəzilərinin fikrincə, əcnəbi ilə nikah dövrün tələbi, ən əsası iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardı. Qızlarımızın çoxu gözüyumulu, o insanın kim olduğunu bilmədən, çox zaman özü tanımadan - görücü üsulu ilə, məhz əcnəbi olduğu üçün razılaşıb ərə gedirlər.

Bəs bizim kişilər avropalı qadınla evlənmək istəyirlərmi? Ümumiyyətlə, belə bir fakt varmı? Olsa da yəqin çox azacıq olar. Səbəb kimi bizim kişilərlə əcnəbi qadınlar arasında mentalitet fərqinin olmasını göstərirlər. Elə isə necə olur ki, eyni mentalitetin daşıyıcısı olan qadınlarımız əcnəbiylə ailə qura bilirlər? Bəs əsl səbəb nədir? Bizim kişilərdə qadına qarşı ilgi, romantiklik, centlmenlik çatışmır. Bu davranışları sevən, demək olar ki, buna möhtac olan, həsrət qalan qadınlarımız isə Avropa kişilərinin centlmen davranışlarını (əsasən filmlərdən) sevirlər. Kişilərimizin əksəriyyətinin qadınla davranış problemləri var. Azərbaycan kişisi qadını evdə bir əşya kimi görür - yemək bişirən, uşaq dünyaya gətirib tərbiyə edən, paltar yuyub-ütüləyən, ev təmizləyən bir əşya! Və qadının istəyinin də yalnız maddi tərəfini düşünürlər. "Evin var, yeməyin var, geyimin var, daha nə istəyirsən?” deyən öküz xislətli kişidən bundan artıq nə gözləyə bilərsən ki! Bütün bu fədakarlıqlara rəğmən qadına xəyanəti normal hesab edirlər. Amma qadınları onlara xəyanət edərsə, fahişə adıyla boşayırlar. Bizim oğlanlar evlənəndə qızın keçmişini araşdırır, bir yanlışı varsa, evlənmək fikrindən daşınırlar, evlənərsə də ömür boyu qaxınc edirlər. Avropa kişisi isə sevirsə, qadının keçmişi onu maraqlandırmır. Hətta fahişəni qadını edə bilir. Avropa kişisinin qadını yüksək qiymətləndirdiyini düşünən qadınlarımız onlarla ailə qurmağa cəhd göstərir və sonradan çoxu peşman olur. Bəziləri fikirləşir ki, əgər xaricə getsə, ölkəmizdə olan problemlərlə rastlaşmayacaq. Yaxud bəziləri düşünür ki, avropalı kişiylə ailə həyatı qurarsa azadlığına qovuşacaq. Ancaq unutmaq lazım deyil ki, hər ölkənin özünə görə problemi var. Qanuni tərəfdən də götürdükdə Azərbaycan xanımları üçün problem yarana bilər. Çünki Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədi. Məsələn, bizdə qadın boşanırsa, kiçik istisnaları nəzərə almasaq, uşaq anayla qalır. Amma Avropanın çox ölkəsində məhkəmə uşağı ataya verir. Demək ki, xəyal etdiyi həyatın əksini görən qadın boşanmaq istəsə, uşağından da olur.

Yazının əvvəlinə dönmək istəyirəm. Dəfələrlə Türkiyə səfəri zamanı böyük arzularla yola çıxan qadınlarla rastlaşıram. Həvəslə öz həyat hekayələrini danışırlar. Əksəriyyəti boşanmış, yaxud, yaşı keçib, ailə qura bilməmiş qızlarımızdı. Türkiyə statistikasına görə, son illər türk kişilərinin evləndikləri qadınlar arasında suriyalılardan sonra ikinci yeri azərbaycan qadınları tutur. Suriyanın vəziyyəti hər birimizə məlumdu, qaçqın düşən gənc qız dolanışıq naminə atası yaşında olan türklə də evlənməyə razı olur. Bəs bizimkilərin problemi nədir? Yalnız yuxarıda sadaladıqlarımmı? Yox, indi iqtisadi çətinliklər romantika axtarışını ikinci plana keçirib. Onu da deyim ki, türklə ailə qurub xoşbəxt olan qadınlarımız minlərlədir. Bəli, minlərlə! Həm də onunla evlənən türk erkəyini qadının əvvəlki həyatı, ilk ailəsinin nədən dağılması maraqlandırmır, anlayışla qarşılanır. Ən əsası onları qadınlarımızın kişiyə qarşı sevgisi, diqqəti, yeməyinə, geyiminə, öz rahatlığını ikinci plana keçirib, həyatını ailəsinə, uşağa həsr etməsi, evin təmizliyinə xüsusi diqqəti, içki, siqaret kimi zərərli vərdişlərdən uzaq olmaları cəlb edir. Bütün bunlarla ərinin məhəbbətini qazanan qadına türk kişisi diqqətini əsirgəmir, ailədə həm qadın, həm də kişi istədiyini almış olur. İlk vaxtlar kişilərimiz bu durumu qısqanclıqla qarşılayır, hətta kişiyə yaraşmayan ifadələr də işlədirdilər. Məsələn, "burda nə qədər əxlaqsız, ərindən boşanmış, evindən qaçmış qadın varsa hamısı Türkiyədə arvad oldu” deyən "kişi”lərə deyən lazımdı ki, ay şərəfsiz, o qadınları bu hala gətirən kimlərdi, siz kişilər deyilmi? Sizin qırdığınız qəlblərə məlhəmi, yıxdığınız dünyalara yeni nəfəsi, ləkələdiyiniz qadın adlarına təmizliyi verdiyi üçün təşəkkür borclu deyilmisiniz onlara?!.

Yol yoldaşı olduğum o qadınların çoxu böyük ümidlə, sevinclə, unutmaq istədiyi keçmiş əzablı həyatını arxada buraxıb, yenidən başlamaq həvəsiylə üz tuturlar Türkiyəyə! Hər şeyi yenidən başlamaq! Bu mümkündürmü tam mənasında, bilmirəm, amma "keçmiş keçdi, dönməyəcək, gələcək müəmmalıdı, bu günü doyasıya yaşamaq lazımdı” ifadəsiylə təskinlik tapıb yaşamaq olar. Həyatını yenidən başlamaq, səhvlərindən dərs götürüb həyata tutunmaq və qalan ömrü mənalandıraraq yaşamaq hər bir qadının haqqıdı.

Amma təəssüf ki, seçimində təkrar yanılaraq "yağışdan çıxıb, yağmura düşənlər” də var. Ona görə də, əziz qadınlar, diqqətli olun, yüz ölçüb, bir biçin, ağıllı hökm çıxararaq haqqınız olan gözəl həyatı yaşayın!

P.S. O ölkələrdən deportasiya olunmaqla isə dünyanın sonu gəlməz...




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK