viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib (FOTO) Adalet.az | Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib (FOTO) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib (FOTO)

7255    |   2019-07-27 16:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 24-25-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində "Talan edilmiş aktivlərin xaricdən qaytarılması” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi qanunçuluq və hüquq qaydasının təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi ilə bağlı məsələlərin müzakirə edilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişaf perspektivlərini müzakirə etməkdən ibarət olub.

Konfransda ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin rəisi Emil Mürsəliyev təmsil edib.

Tədbir iştirakçılarını salamlayan Qazaxıstan Respublikası Baş prokurorunun müavini Bulat Dembayev aktivlərin bərpası sahəsində tədbirdə iştirak edən dövlətlərin təcrübəsinin Qazaxıstan üçün böyük maraq kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Erkin Əlixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional tədbirlər, habelə aktivlərin bərpası sahəsində ölkəmizin təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəlik və vəzifələrin ölkəmiz tərəfindən tam həcmdə yerinə yetirildiyini vurğulayan E.Əlixanov konfransın aktivlərin bərpası sahəsində müxtəlif ölkələrin səlahiyyətli orqanları arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli platforma olduğunu, cinayətkarlıq, qlobal çağırış və təhdidlərə qarşı mübarizədə beynəlxalq birliyin səylərinin səfərbər olunmasının vacibliyini xüsusi qeyd edib.

Səfər çərçivəsində Qazaxıstan, Rusiya, Belarus, BƏƏ, Çin, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilərək əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK