Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları Bakı Fond Birjasında listinqə alınıb Adalet.az | Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları Bakı Fond Birjasında listinqə alınıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları Bakı Fond Birjasında listinqə alınıb

11947    |   2019-07-26 13:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin 26 iyul 2019-cu il tarixində keçirilmiş iclasında Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunması qərara alınıb.

BFB-dən Trend-ə bildirilib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqrazları BFB-nin tiracət platformasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.

Beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına dair Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanmış və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minmişdir. Həmçinin cari ilin fevral ayında beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə BFB-nin listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarına aid daha sadə listinq tələbləri müəyyən edilmişdir. Bu tədbirlər nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə yerli valyutada emissiya ediləcəkdir. Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən "A-”, Moody’s tərəfindən A2 dərəcəsində müəyyən olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK