Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Kolleclərə ixtisas seçimi başlayıb Adalet.az | Kolleclərə ixtisas seçimi başlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Kolleclərə ixtisas seçimi başlayıb

5677    |   2019-07-24 14:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi iyulun 24-dən avqustun 5-i saat 23.59-dəkinternet vasitəsiləhəyata keçirilir.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2019/2020-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar"Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Xatırladaq ki, 9-cu sinfi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral- mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər (rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanından məqbul qiymət aldıqları halda) üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 5-dək aktiv olacaqdır. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, abituriyentlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:http://dim.gov.az/news/1922/




İmza:

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Nazir: "Bəzi direktorlar səhlənkarlıq edir"

4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir - Nazir

ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirə aparılıb

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar

Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib

SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK