hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Azərbaycanın ucqar bölgələrində 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək Adalet.az | Azərbaycanın ucqar bölgələrində 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanın ucqar bölgələrində 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək

6173    |   2019-07-18 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 32 bölgəni əhatə etməklə daha 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması nəzərdə tutulur.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O, hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib.

E.Əmrullayev əlavə edib ki, 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması əlavə olaraq 5000-6000 nəfər 3-5 yaşlı uşaq üçün Azərbaycanın ucqar bölgələrində təhsil imkanının yaradılması deməkdir.

Təhsilin keyfiyyətinin artması baxımından məktəbəqədər təhsilin əhəmiyyətinin çox böyük olduğunu söyləyən nazirlik rəsmisi bildirib ki, ötən 2 il ərzində Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 100 icmada 2000 uşaq üçün oxşar qruplar yaradılıb.



İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK