ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: SON ÜMİD

(" Bir qadına..." silsiləsindən)

10357    |   2019-07-18 15:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qaçıram neçə gündü-
qaçıram mən özümdən...
Kirpiklərim düyündü -
Tay dərd düşməz gözümdən!..

Yolum beş iynə boyu
məsafənin yarısı...
Vallah çıxıb üzümə -
həsrətimin sarısı...

Nə qədər toparlanıb
ovutsam da təkliyi...
Bir yerə topalanıb -
ürəyimin çəkdiyi...

Asmaqla son dözümü -
bir vidanın dişinə...
Bu qaçışla özümü -
çəkdim qəmin şişinə!..

...İndi arxamca su at,
bir çimdik ümid dilə...
Tanrının dərgahında
görüş ümidi ilə!..




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK