Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SƏNİ ATIB GEDƏRƏM... Adalet.az | SƏNİ ATIB GEDƏRƏM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏNİ ATIB GEDƏRƏM...

33066    |   2013-05-04 00:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilirsən haraya?! Sən olmayan yerə... İşə bax ey... Əvvəllər sən olmayan yer ağlıma da gəlməzdi. Elə bilirdim o yer yoxdu. Ola da bilməz.

Göylə Yerin arasında səsin, nəfəsin duyulmayan bir qarış torpaq ola biləcəyini ağlıma belə gətirmirdim. İndi çarəsini tapmışam o məkanı yaratmağın. Özümə ayrıca bir dünya quracağam. Sənsiz... Heç barmağının ucunu da qoya bilməzsən o yerə. Məndən ötrü hər qarışı qızıldandı o məkanın. Çünki zülmlə yaratdım o dünyanı. Səni ora buraxmamaqçın çəkdiklərimi heç səninlə də bölüşmək istəmirəm. Çox qiymətlidi o əzablar da. Mənim yaşantılarımdı, ona görə. Hər dəqiqəsi, saniyəsi çəkilməz, dözülməz acılarla doludu...

Çox irəli getmişdim. Çox böyütmüşdüm səni. Sevəndə adamın gözü böyüyürmüş, demək. Xəyallarımdan yapmışdım heykəlini. İnsan adına nə varsa, yazmışdım şəninə. Kişilik naminə deyilənləri səxavətlə biçmişdim boyuna. Yaraşmadı... Geyinə bilmədin o libası, daşıya bilmədin ağırlığını. Çiyinlərin əyildi, belin donqarlaşdı, sifətin eybəcərləşdi. Kim yırtdı gözümdəki pərdəni? Nə xeyirxah iş oldu bu. Aramızdakı duman çəkildi. Gördüm səni. Görə bildim...

Nə kifirsənmiş sən... Kim gözəl çəkmişdi surətini qəlbimə?!.

Yaxşı ki, belə qalmadı...

Nədən bu qədər arxayındın özünə? Əvəzsizliyə inanırdın yoxsa... Mən indi də inanıram. Amma... bu duyğular sənlik deyil. Səndən ötrü hamı bir-birini əvəz edə bilir... Deyirsən, dəyişmişəm? Təsəlliyçin yarayardı, indi yox. Aldatma özünü. Dəyişmək də mənlik deyil. Hamı kimi olmaq bəxtəvərliyindən pay düşmədi mənə. Tükənirəm xırda-xırda, doğranıram narın-narın....

Tüstülənirəm, közərirəm, alışıram...

Sonra hər şey təzədən başlanır. Kül olmuram ki, birdəfəlik canım qurtarsın. Sakit, rahat bir ömür sürəm...

Onda da darıxaram yəqin...

***

Saflığı avamlıq, sədaqəti qorxaqlıq kimi görənlərdənsən. İçinin qaranlığı gözlərini elə tutub ki, mənim daxili azadlığımı görə bilmirsən. Görsəydin... anlardın ki, azad könüllərin qapısı həmişə açıq olmur. Ora girmək də, orada qalmaq da çətindi. Bu gecə bir filmə baxdım. Kişi sevdiyi arvadına sevmədiyi qadınla xəyanət elədi. Qadınsa... sevmədiyi ərini sevdiyi oğlana dəyişmədi... Görəsən, burada qazancla itkini hesablamaq olar? Ərin sifətində peşmançılıq (tez ötüb keçəcəyi də bəlli), qadınınsa bəbəklərində isti damcılar (hələ-hələ qurumayacağı bəlli)... Yenə bir yerdə qaldılar. "Ancaq ayrı yaşamaq mümkün olmayanda birlikdə yaşanılır" deyimi də işə yaramadı artıq. Araya girən sevgidən də qiymətli duyğulardı...

Sevgisiz yaşamağa haqq qazandıran hisslər...

Çox bayağı səsləndi. Pozmaq da keçdi ürəyimdən. Əlim gəlmədi. Yazılanın pozulmamaq haqqı da var, axı...

Haqqın qələmi səni mənə yazmayıbmış. Kimsənin də pozmağa gücü çatmaz daha. Çox tükətdim özümü. Dəyişdirə bilmədim əzəldən dəyişik yazılanları. Niyə mən istədiklərim olmur?! Kimdi qəsdimə duran? Göydəkilərmi, yerdəkilərmi? Çaşıb qalmışam: taleyin qələmi bu qədər cızma-qara yazarmı heç?!...

***

Mənim azad dünyamda ancaq bir sifət görmək darıxdırdı yoxsa səni?!...

Sənə dərs keçmək fikrim yoxdu. Fikirlərimi ağlına yeritmək də. Qorxutmaq istəyindən də çox uzağam. Nədən qorxacaqsan?.. İtiriləsi bir şeyin də yox...

Bir zamanlar o qədər havalıydım ki, ancaq ikimizin olsun bu dünya, deyirdim. Dünyanın da ikicə adamı olsun - Sən və Mən! İtirən özüm oldum. Dünyanın da hər şeyi var, sənin də. Tək qalan, sənsiz qalan mən oldum. Mənim yaratdığım səni də itirdim...

Heç qaytarmaq fikrim də yoxdu. Sənə qərib olan dünyada yaşaya bilməzsən. Qınamıram səni. Elə ikimiz də bir gələrik. Mən mümkün olmayanla mümkün olanın fərqini, sən də mənimlə başqalarının fərqini anlaya bilmədik. Sənin nə qazandığını bilmirəm. Mənsə yaxşı dərs aldım. Gözlərim açıldı... Ancaq... kimsəyə arzulamıram bu "gözüaçıqlığı"... Qorxuram çox çəkməyə. Belə gözüaçıqlıq da mənlik deyil. Əlçatmaz şeylərə gözlərimi qapamaq işimə yarayır hərdən. Dərddən sızıldayan bədənimi ağuşuna alıb ağrısız yerlərə apara bilir...

***

Səni atıb gedəcəm. Heç nə itirməyəcəksən, bilirəm. Səndən yox, özümdən qaçacam. Sənə gücüm çatmadı, özümü dəyişdirəcəm. Səni tanımayan birisi yapacam özümü. Təzədən doğulan birisi. Qəlbim yenə narahatdı. Birdən... o da özümə oxşadı...

Öyünə bilərsən məni bu dünyadan qovmağınla. Mən də öyünərdim, səni öz dünyama qatsaydım. Mənmi zəif oldum, sənmi güclü?! Deyəsən, bunun cavabı heç zaman olmayacaq...

Niyə bu dünyanın sualları cavablarından çoxdu?! Özü də bərabər bölünməyib ömürlərə. Birinin ömrü elə başdan-ayağa suallardan yoğurulub. O birisi də cavabların bolluğundan bezib.

Səndən uzaqlaşmaq da gözəlmiş. "İndi nə dərdliyəm, nə də bəxtiyar..." Nə qədər aldadacaqdım özümü?! Görmək istədiklərimi gücnən sənə yapışdırmaqdan, əyninə biçilməyəni geyindirməkdən bezmişdim. Belə daha rahatmış. Ümidsizliyin özündə də qəribə bir təsəlli gizlənirmiş. Sona varan hər şey nəyinsə başlanacağının xəbərçisidi. Müsbət sonluqlar düşünməyə yer qoymur. Özündən sonra boşluq buraxan hər şeydə xoş bir gözlənti var...

(Özümü aldatmaq xasiyyətimdən nə vaxt əl çəkəcəm, görəsən?!...)

***

Nə vaxtsa məni itirdiyini anlayacaqsanmı? Həm də səbəbsiz, öz zəifliyin ucbatından itirdiyini... İnanmıram. Bir də ki... heç anlamasan yaxşıdı. Çox gecikərsən. Geriyə dönməyə də, itirilənləri qaytarmağa da bir ömür gərəkdi...

Nə o ömrü tapacaqsan, nə də məni...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK