ANA SƏHİFƏ / YAZARLAR

QƏPİK SÖHBƏTİ

21889    |   2013-05-04 00:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qara camaat arasında son vaxtlar ən çox narahatlıq yaradan söhbət şəhərdaxili və şəhərlərarası avtobus sərnişin daşımaları tariflərinin artırılması təklifi ilə Nəqliyyat Nazirliyinin Tarif Şurasına müraciətidir. Nəqliyyat nazirinin müavini bildirib ki, "hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının, onların çəkdikləri məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur".

Bəli, özəl sektor, iş adamları, biznesmenlər, oliqarxlarg Sanki avtobus xidmətini dövlət strukturlarının deyil, özəl sektorların idarə etməsi kasıbın günahıdı. Və kənardan elə bir təəssürat yaranır ki, sanki dövlət orqanları: mənlik heç nə yoxdu, özəldi deyə qarışa bilmərəm! - deyir.

Bəs sadə, kasıb adamların istəklərini, arzularını necə, Nəqliyyat Nazirliyi dinləyibmi? Yəni, iş adamı qoyduğu pulun on qatını götürə bilmirsə, bu, mərhum jurnalistimiz Oktay Salamovun "Qiymətqaldırma Şurası" adlandırdığı Tarif Şurasını məyus edir! Ona görə də qalan "doqquz qatı" kasıbın dərisindən çıxarmağı düzgün hesab edir.

Bəlkə qiyməti qaldırmaqla nəqliyyat nazirliyinin şəhərə gətirdiyi və kasıb təbəqənin az-az hallarda istifadə etdiyi, oturmamış bir manatını yazan "London taksiləri"nin sərnişinlərini artırmaq üçündü bütün bu həngamələr? Düşünürlər ki, kasıb 30-40 qəpik (bir azdan 50 qəpik olacağına da şübhə etmirəm! - F.R) ödəyib, basabasla getməkdənsə, "cəhənnəm!" deyib, taksiyə oturacaqlar? Belədirsə, yanılırsınız! Kasıb bir qəpiyə də ehtiyac duyur. Haradan biləsiniz ki!?. Toxun acdan xəbəri olmaz! Axı sizlər ailə üzvlərinizdən xəstələnən olanda birinci pulu haradan tapacağınızı fikirləşmirsiniz! Siz toy dəvətnaməsi gələndə sevinmək əvəzinə kədərlənmirsiniz! Axı sizin planlaşdırdığınız səfərin vaxtınadək ortaya çıxan hüzür yeri, xəstə yanına getmək, qonaq gəlməsi kimi "sürprizlərlə" qarşılaşarkən maddiyyat üzündən planlarınız pozulmur! Axı siz balalarınızın istəklərini ürək ağrısı, göz yaşları ilə "ödəmirsiniz"! Haradan biləsiniz ki?!!

Bu, "təkliflə Tarif Şurasına müraciət edib" məsələsi də artıq əhaliyə nağıl kimi görsənir. Çünki o, müraciət edənlər bu təklifi qarşılarına məqsəd qoydularsa, deməli bu, təklif yox, əmrdir və yerinə yetirilməsi də an məsələsidir. Xalqın gözündən asılan pərdələrsə, artıq cırıq-cırıq olub!!! Bir vaxtlar ən ucuz nəqliyyat növü olan metroda qiymətlərin qaldırılması söhbətində xalqın narazılığını Metropoliten rəisinə bildirən jurnalist bu cavabı almışdı: Yaxşı oğlan qəpik söhbəti eləməz!

Məntiqlə, bizim xalqın mental xüsusiyyətlərindən biri də odur ki, "yaxşı oğlan" olmadığını kimsə qəbul etmək istəmir. Acından ölsə də, yaxşı oğlan olmaq istəyir. Tarif Şurasına müraciət edənlər də mentalitetimizdən istifadə metodunu dəfələrlə sınadıqlarından bu sahədə problem görmürlər. Qalır xalqın küncdə-bucaqda deyinməsi, onlar da özəri danışıb, özləri eşidəcəklər. Beləcə, hörmətli Tarif Şurası, Tağı Əhmədov demişkən "burcutmaq lazım deyil", məsləhət də sizlikdi, məşvərət də, qaldır, xalq buna da dözəcək!!!

Amma kiçicik bir şeyi unudursunuz. Çox kiçik olduğundan gözünüzdən yayındığına, yadınızdan çıxdığına əminəm. Bu kiçik məsələ bu ölkədə kasıbların varlılardan çox olması, işsizliyin artması məsələsidir. Əlillərin, pensiyaçıların aldığı təqaüdün dərman pulundan başqa heç nəyə çatmamasıdır. İşləyənlərin maaşının aylıq yemək puluna güclə yetməsidir. Dünyanın qabaqcıl ölkələri ilə bəhs etmək amacımızda bir az tələskənlik etməyimizdir. Çünki o ölkələrlə bərabər addım atmaq istəyiriksə, əvvəl iş yerləri açmalı, pensiyaları, təqaüdləri qaldırmalı, böyük bəlamız olan rüşvətxorluğu, korrupsiyanı aradan qaldırmalıyıq. Adamların yaşayışı, dolanışığı normal olarsa, o zaman bəyəndiyiniz həmin standartlara uyğunlaşmaq istəyi xalqa normal görünə bilər. Bizdə bu cür düşünülməmiş addımlar tez-tez atılır, ev tikərkən əvvəl damdan başlamaq istəyirikg Ona görə işlərimiz də baş-ayaq olur.

Hər gün Xırdalandan gələn 119 nömrəli avtobusun xidmətindən istifadə edirəm. Bu marşrutdan istifadə etdiyim illər ərzində onsuz da korlanmış əsəblərim bir az da tarıma çəkilib. Hər gün basabas, sürücülərin kobudluğu, özbaşınalığı, ən adi etik normaları da gözləməmələri, yol hərəkət qaydalarını pozmaları adi hal alıb. Bu halı əvvəl qəbul etməyən sərnişinlər də danışmağın xeyri olmadığını görüb, artıq susurlar.

Əlaqədar qurumlar bircə dəfə savaba, Allah xatirinə, müsəlmançılığa, insanlığa xatir bu problemlərin də çözülməsini düşünsünlər. Düzdü, bu zaman pul qazanmayacaqlar, amma qazanacaqları, fərqinə varmadıqları çox şeylər ola bilər...

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK