hacklink Adalet.az | Qəşəm Nəcəfzadəyə Ukraynadan yüksək orden Adalet.az | Qəşəm Nəcəfzadəyə Ukraynadan yüksək orden Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm Nəcəfzadəyə Ukraynadan yüksək orden

6629    |   2019-07-17 13:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın tanınmış şairi və publisisti, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə (Qəşəm Mirzə oğlu Nəcəfov) Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilib. Bu barədə mətbuataVinniçadan, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Mətbuat Xidmətindən bildiriblər.

Məlumatda deyilir, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov bu gün, tanınmış Azərbaycan şairi və publisisti Qəşəm Mirzə oğlu Nəcəfovun 60 illik yubileyi münasibəti ilə "Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.

Əmrdə qeyd olunur ki, Azərbaycan şairi və publisisti Qəşəm Mirzə oğlu Nəcəfov Türk dünyası qarşısında xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilsin.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi Xidmətlərə görə” Ordeni 8 aprel 2018-ci ildə təsis edilib. İndiyədək bu yüksək ordenlə UQTMŞ Rəyasət Heyətinin Sədri Sergey Hnatyuk, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sədri Səbuhi Abbasov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu və digər tanınmış şəxslər təltif edilmişlər.




İmza:
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK