Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil Abbas:ERMƏNİLƏRƏ ABİDƏ QOYAN HEYKƏLTƏRAŞ ƏRDOĞANA QALİB GƏLDİ?! Adalet.az | Aqil Abbas:ERMƏNİLƏRƏ ABİDƏ QOYAN HEYKƏLTƏRAŞ ƏRDOĞANA QALİB GƏLDİ?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil Abbas:ERMƏNİLƏRƏ ABİDƏ QOYAN HEYKƏLTƏRAŞ ƏRDOĞANA QALİB GƏLDİ?!

3042    |   2019-07-16 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2005-ci ildə Qarsın AKP-li bələdiyyə başkanı Naif Əlibəyoğlunun çıxartdığı bir qərarla şəhərin ən hündür yerində erməni-türk qardaşlığına həsr olunmuş bir abidə ucaldılmağa başlamışdı. 24,5 metr hündürlüyündə olan bu abidənin müəllifi Mehmet Aksoy idi. Həmin abidənin təxminən 30-35 kilometrliyində yerləşən İrəvanda türk düşmənliyini özündə əks etdirən girdirmə «erməni soyqırımı» abidəsi var.

Qarsda ucaldılmış bu abidəni Ermənistan sərhədində gözlə görmək mümkün idi.

O vaxt Qars camaatı bu abidənin əleyhinə çıxmışdı. Eləcə də Azərbaycan ictimaiyyəti, əsasən Azərbaycan türklərinin yaşadığı Qarsda belə bir abidənin ucalmasına öz qəti etirazını bildirmişdi.

Həmin dövrdə ölkəmizin tanınmış jurnalistlərindən ibarət nümayəndə heyəti iki dəfə Qarsa səfər etmiş, şəhərin valisi və bələdiyyə başqanı ilə, eləcə də ictimaiyyəti ilə görüşlər keçirmiş və etirazlarını bildirmişdilər.

Həmin dövrdə Qarsdakı baş konsulumuz Həsən Zeynalov Türkiyənin aidi nazirlikləri, qurumları ilə bu məsələni müzakirə eləmiş və nəhayət, son tamamlama işləri gedən abidənin tikintisi dayandırılmışdı.

İctimaiyyətin kəskin etirazlarına baxmayaraq, abidə sökülməmişdi.

2011-ci il iyunun 14-də dönəmin baş bakanı sayın Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bu abidəni «Ucube heykəl» adlandırmış və sökülməsi haqqında təlimat vermişdi.

Beləcə, heykəl sökülmüşdü. Heykəlin sökülməsinə təxminən 200 min lirədən çox xərc çəkilmişdi.

Sonradan zatı məlum olmayan heykəltəraş Mehmet Aksoy işi məhkəməyə daşımışdı. Türkiyədə də bilirsiz də, məhkəmələr çox sürətlə işləyir: bəzən beş il, bəzən on il, bəzən on beş il çəkir, bəzən adam ölüb qurtarır, məhkəməsi isə qurtarmır.

Nəhayət, 9 ildən sonra məhkəmə qərar verdi: Mehmet Aksoy qalib gəldi. Heykəl yenidən bərpa olunacaq və hələ hökumət də Aksoya 10 min lirə təzminat ödəyəcək.

Təbii ki, məhkəmənin belə qərar qəbul etməsinin kökündə son günlər Ermənistanda Iqdır, Qars və Van şəhərlərinin dostlaşması, erməni ziyalılarının, millət vəkillərinin tez-tez bu şəhərləri ziyarət etməsi də durur.

Beləliklə, qardaş olur Hayastan-Türkiyə!

Həmin o heykəlin şəklini sizlərə təqdim edirik. Diqqət edin, görəcəksiniz ki, heykəl erməni heykəltəraşlığı məktəbinə aiddi.


Sizə bir şəkil də təqdim edirik. Bu abidənin müəllifi görkəmli memarımız Cəfər Qiyasidir. Iqdırda ucaldılıb, ermənilərin türklərə qarşı apardığı soyqırımı özündə əks etdirən bir muzey və möhtəşəm bir abidədir. Ən maraqlısı da odur ki, hava aydın və günəşli olanda bu Boz qurd qılınclarının başında ermənilərin gözünü qamaşdıracaq ikinci bir günəş doğur.

Bizim qorxumuz odur ki, hadisələr belə cərəyan edərsə, ermənilərin xətrinə bu möhtəşəm abidə sökülə bilər.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK