viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | XİN-dən Dilqəm və Şahbazla bağlı açıqlama Adalet.az | XİN-dən Dilqəm və Şahbazla bağlı açıqlama Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

XİN-dən Dilqəm və Şahbazla bağlı açıqlama

4056    |   2019-07-11 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsinin ildönümü ilə bağlı açıqlama yayıb.

XİN-dən verilən məlumata görə, açıqlamada deyilir:

"D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma "məhkəmə” təşkil edilərək, D.Əsgərov "ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən D.Əsgərov və Ş.Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən didərgin salınıb.

Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.

Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin başladığı vaxtdan bu günədək münaqişə nəticəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb; onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız sırasındadır.

Ermənistan, mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin "hamının hamıya” prinsipi əsasında tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.

Ermənistan tərəfindən qeyri-insani davranış nümayiş etdirilərək beş il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Əgər Ermənistan tərəfi, dəfələrlə bəyan etdiyi kimi "münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına” həqiqətən də nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.

Xatırladırıq ki, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə yanaşı, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlaylır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcəkdir".




İmza:

Elşad Hacıyev: Vətəndaşların müraciətləri diqqətdə saxlanılır

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Dünyada ədaləti ölməyə qoymayın

Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Sabah məktəblərdə ilk dərsin mövzusu bu olacaq...

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib

İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları necə təmin edilməlidir

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK