ANA SƏHİFƏ / GÜNDƏM

"Bakı Metrpoliteni" daha bir yarımstansiyanı istifadəyə verdi

4635    |   2019-07-10 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı Metropoliteni” QSC-nin "Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyası istifadəyə verilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, bununla metropolitenin istismar fəaliyyətinin təşkilində xüsusi rol oynayan və lokomotiv parkının elektrik təchizat sisteminin müasir standartlar səviyyəsində yenidən qurulması başa çatdırılıb:

"Bakı Metropoliteni” QSC-nin "Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunmuş yarımstansiya iki mərtəbəli binadan ibarətdir. Birinci mərtəbəsi xidməti otaqların və elektrik xətlərinin əsas daşıyıcı sahəsidir. İkinci mərtəbədə idarəetmə personalının avtomatik iş yeri və elektrik təchizatını təmin edən avadanlıqlar yerləşir.

2018-ci ildə "Nərimanov” elektrik deposu ərazisində istismara verilmiş daha bir alçaldıcı yarımstansiyada olduğu kimi, burada da bu sahədə ixtisaslaşmış "Siemens” şirkətinin avadanlıqları və sistemləri quraşdırılıb. Eyni istehsalçının avadanlıq və sistemlərindən istifadə olunması yarımstansiyanın işini daha səmərəli və keyfiyyətli qurmağa kömək edir, eləcə də avadanlığın istismarı və qulluğu asanlaşır.

Avtomatik iş yerinin qurulmasında dövrün tələbləri nəzərə alınıb və idarəetmə müasir mikroprosessor sistemli telemexanika şkafı ilə aparılır və dispetçer idarəetməsinə tabe etdirilib".

B.Məmmədov bildirib ki, yarımstansiyada, hərəsindən iki ədəd olmaqla, 1000 kVA-lıq güc, 630 kVA-lıq işıqlandırma, işarəvermə sistem və qurğuların tələbatı üçün nəzərdə tutulmuş 40 kVA-lıq transformatorlar quraşdırılıb: "Bununla daha bir əhəmiyyətli nailiyyət əldə olunaraq, şəbəkələrin bir-birindən ayrılması depoda elektrik təchizatının sabitliyini və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verib.

Yeni yarımstansiyada 6 kV-luq komplekt paylayıcı və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular da qoyulub. Bu qurğuların üstünlüyü onların avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Bununla gələcəkdə bölmələrin yenisi ilə əvəzlənməsi mümkün olacaq.

Burada yeni standartlar səviyyəsində gel əsaslı hermetik akkumulyatorlar sahəsi, sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi yaradılıb, ventilyasiya sistemi quraşdırılıb.

Ümumiyyətlə, aparılan yenidənqurma tədbirləri nəticəsində "Nərimanov” elektrik deposunun funksionallığı artmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələri yaradılıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmış vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. Hazırda depoda yeni tipli mərkəzləşmə məntəqəsi, fərqli istehsalat sahələrinin tələblərini optimallaşdıran təmir-bərpa sexlərindən ibarət mərkəzləşmiş emalatxanalar şəbəkəsi yaradılır. Yeni yarımstansiya elektrik təchizatına olan tələbatın ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edib".




İmza:

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır

Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

DEYİRSİNİZ YƏNİ «AZAL»ın PREZİDENTİ CAHANGİR ƏSGƏROV

Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK