nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Nicat NOVRUZOĞLU: İLHAM İSMAYIL, RAZİ BƏY QARABAĞDA VURUŞANDA SƏN HARDAYDIN? Adalet.az | Nicat NOVRUZOĞLU: İLHAM İSMAYIL, RAZİ BƏY QARABAĞDA VURUŞANDA SƏN HARDAYDIN? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: İLHAM İSMAYIL, RAZİ BƏY QARABAĞDA VURUŞANDA SƏN HARDAYDIN?

12296    |   2019-07-15 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəla, Allahın ən sevimlisi olan millətimiz ötən prezident seçkilərində babaları Şah İsmayıl kimi böyük bir xəta eləyib Razi Nurullayevi prezident seçmədi. İndi növbəti seçkilərədək bunun altını çəkmək zorundayıq. Görünür Qarabağın azad olunmasına hələ o qədər də təşnə deyilik, elə boş yerə vay-şivən qoparırıq. Papağımızı qabağımıza qoyub ağıllı-başlı fikirləşsəydik və Razi bəyə səs versəydik, bəy də gedib Pakistandan doktor Xanın yaratdığı gül kimi iki atom bombası alıb atmışdı birini İrəvana, birini də Gorusa, vəssalam-şüttəmam. İndi Şuşada kef partladırdıq, Cıdır düzündə «Xarı bülbül» festivalı keçirir, ermənilərin Xuraman özünü atdığı qayadan milltətimizin qəzəbindən qorxub hələ də kəsmədikləri Topxanadakı Armud ağacının dibinə çəkmək istədikləri kanat yolunu özümüz çəkib Ginnesin «Rekordlar kitabı»na düşmüşdük. İntihar etmək istəyənlər də özlərini həmin kanat yolundan atardılar və düşərdilər Zəm-zəm suyu qədər dadlı Daşaltı çayının cənnət sularına.

Bəyi prezident seçib xoşbəxt olmadıq, amma indi düşmüşük üstünə. Baxıram, saytlarda, sosial şəbəkələrdə bəyi sağdan da vururlar, soldan da. İlham İsmayıl və onun trolları ağıllarına və ağızlarına nə gəlir bu bəy haqqında yazırlar, paylaşırlar.

Guya deyib ki, Azərbaycanın Qarabağı azad etməyə gücü çatmaz. Yəni bu iş Azərbaycanlıq deyil, çatsa da ABŞ, Fransa, Rusiya gəlib ölkəmizi şumlayar. Ara yerdə minlərlə gəncimizin qanı ilə bu şumu sulayarlar. Və guya xalqa təslimçilik ruhu aşılayır və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq, ATƏT də gəldi İrəvan konyakından içdi və bizim də kürüdən yeyib pəndam oldu.

Razi bəy də deyir ki, mən Qarabağda vuruşanda sizlər qaçıb harda gizlənmişdiniz? Düz deyir də! Bura bax, ay İlham İsmayıl, Razi bəy əlinə silah alıb, şaqqadan qatar geyinib Qarabağda vuruşanda, Çaykəndi, Kamonu, Azadı erməni terrorçularından bitdə-bitdə təmizləyəndə de görüm, sən hardaydın?! De də! Deyə bilməzsən! Çünki sən onda şuşalı bəy babalarından qalmış qızıl onluqları, imperialları «Moskva» univermağındakı alverçilərə xırdalatdırıb qaçıb gedib oturmuşdun Maldiv adalarında, nə bilim ayıb da olmasa durna gözlü qızlarla fransız şampanı partladırdın. Razi bəy Qarabağda can qoyanda sən Kanardı-Manardı, nədi o adalarda şotland viskisi vururdun özünçün.

O gün də yalandan bir video atmısan ortalığa. Guya DTX-nın indiki sədri Əli Nağıyevlə vaxtilə Çaykənddə erməni işğalçıları ilə vuruşursan. Montajdı başdan-ayağa. O videonun orijinalı bizim əlimizdədi. O videodakı sən yox, Razi bəy olub. Sən və trolların montajlamısınız. Ayıb olsun sənə də, sənin trollarına da.

İlham İsmayıl, sənin və dostlarının ajığına növbəti prezident seçkilərində Razi bəyi prezident seçəcəyik. Qoy gedib Pakistandan üç atom bombası alsın: birini atsın İrəvana, birini Gorusa, birini də hər ehtimala qarşı qoyaq başımızın altına. Birdən ABŞ, ya Fransa, ya Rusiya hansısa Qarabağı azad etdiyimizə görə bizə hirslənsə, hörmətli Cahangir Əsgərovun o bahalı təyyarələrinin birinə qoyub aparıb atarıq ya Moskvaya, ya Parisə, ya da Vaşinqtona. Düzdür, Vaşinqton bir az uzaqdı, amma təyyarələrimiz birbaşa ABŞ-a uçuş edə bilir.

Di get, İlham İsmayıl! Di get, sən də, kruqun da paxıllığından yansın tökülsün!




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK