ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Musa Yaqubla müsahibə: Ölüm xəbərini eşidəndə adam bir az narahat olur - VİDEO

9628    |   2019-07-09 16:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət əvvəl "Xalq şairi” fəxri adına layiq görülən Musa Yaqub haqqında xoşagəlməz xəbərlər yayılsa da, şair özünü yaxşı hiss edir.

İsmayıllı rayonunun Buynuz kəndində Oxu.Az-ın bölgə müxbiri ilə söhbətləşən M.Yaqub səhhətinin yaxşılığa doğru getdiyini, son zamanlar onu ziyarət edənlərin sayının artdığını vurğulayıb.

Şair ölüm xəbərinin yayılmasından da danışıb.

83 yaşlı şair ona oğlu Şəhriyarın baxdığını qeyd edib:

"Gecələr yatmır, səhərə qədər istəklərimi yerinə yetirir, gələn qonaqların məni yorduğunu deyir. Amma mən yorulmuram, qapım hər kəsin üzünə açıqdır. Məni sevindirən ən önəmli məqam isə ölkənin hər bir yerindən məni ziyarət etməyə gələnlərdir, onların içində gənclər çoxluq təşkil edir”.

M.Yaqub fəaliyyətini davam etdirdiyini, yeni əsərlər üzərində işlədiyini bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Xalq şairi Musa Yaqubun ölüm xəbəri yayılmış, lakin qısa zamanda yalan olduğu üzə çıxmışdı.




İmza:
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK