deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Sinan Oğan kimdir? - Aygün Attar Adalet.az | Sinan Oğan kimdir? - Aygün Attar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sinan Oğan kimdir? - Aygün Attar

1837    |   2019-07-11 09:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sinan Oğan kimdir?

1967-ci ildə İğdırda yoxluq içində doğuldu.

Türk, Azərbaycanlı dostu oldu.

1988-ci ildə əlinə keçən Azərbaycan qəzetlərinin birinə məktub yazdı. "Mən oradakı qardaşlarımla məktub dostu olmaq istəyirəm” dedi. O qədər çox məktub gəldi ki, məktublara cavab yazmaq üçün dostlarını köməyə çağırdı.

Elçibəyin əlinə çatdı, hələ kiçik yaşlarında ikən Elçibəyin yoxlamasından keçdi.

İstanbulun əfsanə millətçi ocaqları sədri Nihat Çətinkayanın yanında yer aldı.

Təkbaşına rəhmətlik Turan Yazqanla çox vaxt keçirtdi.

Mərmərə Universitetində oxudu, Moskva Universitetində doktoranturanı bitirdi.

Mərmərə Universitetində akademik oldu.

Azərbaycanda ən çox dalaşdığı adamların belə sevgisini qazandı. Dövlət nişanı verildi.

3 kitab, 500-dən çox məqalə yazdı. İşi-gücü, dərdi-səri Türk dünyası oldu.

Bu eşqlə oğlunun adını Götürk, qızının adını da Zeynəb qoydu.

TÜRKSAM-ı qurdu, idarə heyətinin sədri oldu.

MHP sədrinin müşaviri vəzifəsini icra etdi.

Günləri 24 saat yox, 30 saat etdi, çox işlədi.

İğdırdan namizəd oldu. İğdırda tarixin ən yüksək səsini topladı, vəkil seçildi.

Vəzifədə olduğu müddətdə fərqli platformalarda dəfələrlə ilin millət vəkili seçildi.

Parlamentdəki çıxışları internetdə yüz minlərlə izləndi. O danışarkən hökümət qaçdı. PKK saxlanıldı.

Kanallar onu efirə çağırmaq üçün növbəyə düzüldü. Onun verilişdə olduğunu duyan rəqiblərinin həmişə işi çıxdı. Bəxtsiz olanlar canlı yayımda nəsibini aldı.

Sadəcə millətcilər deyil, AKP-li, CHP-lisi belə ona qibtə etdi.

Öncə xəbərdarlıq gəldi, AKP-nin üstünə çox da getmə deyə.

Sonra Əliyevlə görüşdün, Elçibəyi yox saydın dedilər.

Vəkil idi, Anası vəfat etdi.

Davutoğlu başsağlığı üçün zəng vurdu. Kılıçdaroğlu yas çadırına qədər gəldi.

Bu qədər xidmət etdi, sevənləri heç vaxt tək buraxmadı. Partiyasının rəhbəri bir paylaşım belə eləmədi.

Vəkil dostlarının bir qismi bir mesaj belə göndərmədi.

7 iyun seçimlərində namizəd seçilmədi, amma bunu dərd etmədi, bu haqda soruşanlara "sizə nə?” dedi.

Yerinə namizəd axtardı.

Xəbər verərəm – deyə cavab aldı. Xəbər verdi – Baş Mərkəz səni burada istəmir – dedi.

7 iyun seçkilərində İğdırda MHP-nin vəkili olmadı.

Və başladılar yazmağa:

Baş müşavir dedi: seçki yerinə belə getmədi, İğdırı boş buraxdı, Sinan üzündən oldu.

Sonra dedilər MİT-in adamı Azərbaycan qaz şirkətinə işləyir.

Azərbaycan təhlükəsizlik siteminə də işləyir.

Putinin ən etibarlı adamıdır.

MHP-ni bölmək istəyənlərin adamıdır.



Sonra neylədilər?

İğdır rayon başçısını çağırdılar. Bu adamı xaric edəcəksən – dedilər.

Çox sevəni var, səslərdə uduzarıq – dedi.

İstəyirsinizsə "2000 səs alın, vecimə də deyil, xaric edin” dedilər.

İğdır dirəndi, xaric olunma tələbəi rədd edildi.

İğdırdan kim varsa, işdən çıxarıldı.

AK partiyadan zəng vurdular, gəl, vəkillik verək, lazım gəldə nazirlik verək – dedilər.

Kılıçdaroğlu partiyamızın qapıları sizə açıq dedi.

Sinan Oğan mən millətçiyəm, partiyamdan qopmaram dedi. Mənim yanım Başbuğun yanıdır dedi.

Geri dönmək üçün məhkəməyə müraciət etdi. Haqlı olduğunu bilirdi.

Məhkəmə gününün ən azı 2 noyabr olmağını dedi.

Seçkilərdən əvvəl geri qayıtsa söz-söhbət olacaq, partiya bundan pis təsirlənsə, cəzası bizə kəsiləcək –dedi.

2 noyabrda məhkəmə baş tutdu.

Hakim partiyanın hüquq vəkilindən soruşdu: Sinan Oğanın müdafiəsini aldınızmı?

Vəkil dedi? Xeyr, xaric olunmaq səbəblərinə baxdı və güldü. Mövzu bağlandı. Sinan Oğan partiyaya geri döndü.

Seçkilərdə biabırçılıq yaşandı. Hamı hirsli idi.

Hamı dəyərləndirmə gözləyərkən açıqlama verildi. Bu işdə nəsə var, Sinan Oğanın arxasındakı gücü bilirik.

Yenidən başladılar.

Partiyanı ələ keçirtmək istəyənlərin fiqurudur.

Əliyevçidir.

Millətçi deyil. Ona solçu belə dedilər. Ən son PKK-lı deyəni belə eşitdim.

Baxdılar ki, millət yemir, sonra yanlış oldu dedilər.

"Sarayın adamı” dedilər. Saray bu adamı istəyir dedilər.

Konqres ola bilməz, olsa da salona girə bilməzlər dedilər.

Dedilər, dedilər və yenə deyəcəklər.

Mən saray olsam, qızıldan taxtım olsa, bu quruluşun dəyişməyini istəmərəm, niyə istəyim ki?

Bu sistem, bu müxalifət ilə başçılıq qaranti, niyə dəyişməyini istəyim ki?

İndi bu qədər söz söyləyən adamlar bəlli bir məqamlara gəldilər.

Sinan Oğansa fərqlidir, mən yolumdan dönmərəm deyir.

Başçılıq seçimində İğdırda seçki çalışması etdi, gündəm də olmaq istəmədi və MHP-nin millət vəkili çıxartmasına kömək oldu, hə, buna görə də deyirik – O an gəlməlidir.

Bir də Qafqaz damarı var, basdılarmı bir dəfə, bir də xəyalları: Turan, Qızıl alma....



İmza:

YAZARIN ARXİVİ

2019-07-11 : CİNAS BAYATILAR
2019-07-10 : VAQİF QARAYEV,
2019-07-04 : Başsız heykəl
2019-07-04 : Sirli Örənqala
2019-07-03 : SEVİLƏN PEDAQOQ
2019-07-02 : ŞƏRHSİZ...
2019-07-01 : TUTDƏY QUŞU
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK