hacklink Adalet.az | Bahar Muradova: Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar Adalet.az | Bahar Muradova: Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Bahar Muradova: Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar

13035    |   2019-07-08 14:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lüksemburqda ATƏT Parlament Assambleyasının yekun plenar iclası davam edir.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxış edib.

ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edən B.Muradova vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir: "Bu, bizim evimizdir, biz burada doğulmuşuq. Bu küçədə bizim uşaqlıq illərimiz keçib. Məktəbimizi, dostlarımızı, şəhərimizi necə unudaq? Doğmalarımızın məzarları buradadır. Biz yurdumuza qayıtmaq, bu məzarları ziyarət etmək istəyirik. Mənim ölkəmin işğal olunmuş hissəsində onlarca belə şəhər və kənd var. Həmvətənlərimizin, mənə doğma insanların ruhu orada dolaşır. Bunu demək çox ağırdır”.

B.Muradova daha sonra əlavə edib ki, miqrasiya heç də həmişə insanların könüllü seçimi nəticəsində baş vermir. Bəzən bu, milli mənsubiyyət əlamətinə görə zorla öz yurdundan qovulmanın və ayrı-seçkiliyin nəticəsi olur.

O, iki hərbi əsirin dəyişdirilməsi faktına görə razılığını bildirib, lakin Ermənistana müraciətlə Azərbaycanın təklif etdiyi "hamının hamıya” dəyişdirilməsi formulunu qəbul etməyə çağırıb. Bundan əlavə o, konkret nəticəyə yönəlmiş substantiv danışıqlar aparmağa çağırıb, qeyd edib ki, "danışıqlar xatirinə danışıqlar” məsələni düyünə salır.

Deputat çıxışının sonunda deyib: "Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar”.




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO