deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | “Ağdərəyə Azərbaycan bayrağının sancılması sevincini bir daha yaşamaq istərdim…”-VİDEO Adalet.az | “Ağdərəyə Azərbaycan bayrağının sancılması sevincini bir daha yaşamaq istərdim…”-VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Ağdərəyə Azərbaycan bayrağının sancılması sevincini bir daha yaşamaq istərdim…”-VİDEO

7616    |   2019-07-05 15:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün – 4 iyul Azərbaycanın hazırda işğal altında olan Ağdərə şəhərinin erməni terrorçu və separatçılarından azad edildiyi gündür. 1992-ci il iyunun 12-dən başlanan döyüş əməliyyatları Azərbaycanın yenicə formalaşan Milli Ordusunun könüllü və nizami batalyonları, eləcə də Xüsusi Təyinatlı Polis Dəstəsi və polisin qəhrəmanlığı sayəsində Ağdərə şəhərinin də azad edilməsi ilə nəticələndi.

Ağdərənin azad edilməsində, şəhərdə və ətraf kəndlərdə asayişin təmin edilməsində yenicə yaradılmış Ağdərə rayon polisinin də böyük rolu oldu. Həmin günlər cəmi 24 nəfərlik heyəti olan polis şöbəsinin rəisi, 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Vilayəti Daxili İşlər İdarəsinin sabiq rəis müavini Sadir Məmmədov idi.


İstefada olan polis polkovnikiModerator.az-a açıqlamasında Ağdərənin azad edildiyi günlərlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb:

"1992-ci ildə Azərbaycan ordusu Ağdərədə geniş miqyaslı döyüş əməliyyatlarına başlamışdı. Kəndlər, şəhərlər mənfur düşməndən təmizlənirdi. Ağdərə uğrunda ağır və qanlı döyüşlər gedirdi. Erməni işğalçıları qəhrəman Azərbaycan əsgərlərinin şücaəti qarşısında tab gətirə bilmir, geri çəkilirdi. Azərbaycan Ordusu keçmiş Ağdərə rayonunun içərilərinə doğru irəliləyirdi. İyunun 17-dən iyulun 9-na qədər Ağdərə (4 iyul), Şəhriyar("Marquşevan”), Həsənriz ("Aterk”) kimi iri yaşayış məntəqələri azad edildi, Sərsəng su anbarının şimal tərəfi nəzarətə götürüldü.

Belə gərgin günlərdə, 1992-ci il iyunun 17-də Daxili İşlər nazirinin əmri ilə mən Ağdərə rayonuna polis şöbəsinin rəisi vəzifəsinə təyin olundum. Onda Ağdərə düşməndən tam azad edilməmişdi. Şöbənin 24 nəfər işçisi ilə müvəqqəti Tərtər rayon mərkəzində yerləşirdik. Sonra idarə o zaman "Marquşavan” adlanan indiki Şəhriyar qəsəbəsinə köçdü…

İyul ayının 3-də artıq Ağdərə şəhəri, demək olar ki, Milli Ordumuz tərəfindən düşmənlərdən təmizləndi. Aterk(Həsənriz), Sərsəng su anbarı, 3 nömrəli sovxoz deyilən ərazi tamam azad edildi…”

Sadir Məmmədov həmin günlər Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının Ağdərə rayon icra hakimiyyəti və polis şöbəsinin binaları üzərinə sancılması anlarını xüsusi olaraq xatırlayır:

"3 iyul 1992-ci ildə gündüz saatlarında komandanlıq artıq
Azərbaycan polisinin təhlükəsizlik və asayişin təmin edilməsi üçün Ağdərə şəhərinə daxil olması barədə göstəriş verdi. Ağdərəyə daxil olmağımızla bağlı epizodların çoxu o zaman tanınmış telejurnalist Allahverdi Əsədov tərəfindən lentə alınıb AzTV-də nümayiş etdirilmişdi. Əvvəlcə polis şöbəsi binasına daxil olub üzərinə bayrağımızı sancdıq. Əməkdaşlarımız hay-küylə binaya (polis şöbəsinə) daxil olmaq istəyirdilər ki, "Dayan!” – əmrini verdim. Polis binası minalanmış ola bilərdi. Vəziyyəti onlara izah etdim, son dərəcə ehtiyatlı olmalarını söylədim. Minaaxtaranları çağırdıq, gəlib minaları və xeyli partlayıcı sursatı zərərsizləşdirdilər. Doğrudan da, binanın birinci mərtəbəsinə xüsusi partlayıcılara qoşulmuş tank əleyhinə minalar qoyulmuşdu. Bu təhlükədən də beləcə sovuşduq. Yoxsa tikəmizi də yığmaq olmazdı... Daha sonra rayon icra hakimiyyəti binasına yollandıq. Onun da üzərinə bayrağımızı sancdıq. Azad olunmuş Ağdərənin binalarına üçrəngli bayrağının sancılması anları zamanı orada hər bir Azərbaycan polisinin, hərbçisinin qəlbindən keçən sevinc duyğularını təsvir etmək çox çətindir. Allah həmin sevincləri işğaldan azad olunacaq şəhərlərimizdə bizlərə bir daha yaşatsın...”



Şəhərə daxil olandan sonra polisin vəzifələrindən biri həm də özbaşınalıqların, dövlət əmlakının talan edilməsinin qarşısını almaq idi.

"İyulun 4-də Ağdərə şəhərinin düşməndən tamamilə azad olunduğu elan edildi. Düşməndən azad edilmiş Ağdərə rayonunda qayğılar, problemlər başdan aşırdı. Səbrlə, təmkinlə işə başladıq. Qarətlərin, talanların qarşısını almaq üçün idarə və müəssisələrə polis qoyduq. Əraziyə girib- çıxan şəxslərin, maşınların siyahısını tutduq, onların gəlişlərinin səbəbini və məqsədini öyrənirdik. Axı sabah bizdən haqq-hesab soruşacaqdılar. Ağdərə rayonunun balansında
olan avtobuslar, taksilər təcili surətdə yığılmalıydı. Müharibə dövrünün belə xoşagəlməz halları da
olur... Bu cür qətiyyətli hərəkətləri cinayətkar, əliəyri ünsürlərin xoşuna gəlmirdi. Çünki onların qarət-talançılıq planlarına mane olurdu. Qarətçilərdən alınan mallar Tərtərdəki hərbi qərargaha təhvil verilirdi…”- Sadir Məmmədov belə deyir.

Ağdərənin azad edilməsindən sonra Sadir Məmmədov vəzifəsində yalnız 20 gün işləyə bilib. 1992-ci il iyulun 24-də daxili işlər nazirinin əmri ilə (heç bir ciddi səbəb göstərilmədən) Ağdərə rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama göndərilib.
Maraqlıdır ki, ermənilər S. Məmmədovun vəzifədən azad edilməsindən cəmi bir neçə gün sonra onun kabineti olan otağı "Alazan” raketi ilə atəşə tutublar.

Keçmiş rəis özü bu haqda belə deyir:
"Sanki düşmənlər mənim iş rejimimi – kabinetdə olmamı, şəxsi heyəti təlimatlandırmaq üçün əməliyyat müşavirəsinin keçirilməsi vaxtını öyrənmişdilər. Vəzifədən azad edilməyimdən cəmi bircə gün sonra (səhər saat 9.10-da) kabinetimi Alazan raketi ilə atəşə tutmuşdular...”

Təəssüf ki, cəmi bir il sonra Ermənistan ordusu- 1993-cü ilin iyulunda Ağdərə şəhərini yenidən işğal etdi...




İmza:
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK