deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Sirli Örənqala Adalet.az | Sirli Örənqala Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

Sirli Örənqala

O, torpaq altındakı şəhərdir

2636    |   2019-07-04 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəlin etiraf edək ki, biz tariximizin alt qatlarına hələ də tamamilə əmin deyilik. Yəni bütünlüklə öz tariximizin səhifələrini araşdırıb, oxuyub və bu gün üçün yazıb ortaya qoya bilməmişik. Elə bu səbəbdənir ki, düşmənlər, xüsusilə ermənilər bizim bu mərdliyimizdən çox məharətlə istifadə edərək tariximizi, mədəniyyətimizi, hətta məişətimizin müəyyən cizgilərini də rahatlıqla öz adlarına çıxa bilirlər. Və sonra da biz laqeydlik ucbatından əlimizdən alınanları geri qaytarmaq üçün dəfələrlə artıq vaxt, enerji sərf etməli oluruq. Necə deyərlər, əlimizdə, ovucumuzun içində olanı sıxıb saxlamırıq və barmaqlarımızın arasından kimlərsə onu götürür. Məhz bu məqamdan sonra nəyi əlimizdən aldıqlarını dərk edərək mübarizəyə başlayırıq...

Təbii ki, mənim obrazlı şəkildə söylədiklərim həyatımızın, hətta gündəmimizin gerçək notlarıdı. Təkcə Qarabağ hadisələrinin fonunda tariximizə nəzər yetirsək, nələri əlimizdən aldıqlarının siyahısını bəlkə də yazıb bitirə bilmərik. Amma bu heç də o demək deyil ki, biz bütünlüklə çəkilib özümüzlə, öz dünyamızla məşğuluq. Xeyr. Alimlərimiz, xüsusilə tarixçi arxeoloqlarımız Azərbaycan coğrafiyasını, Azərbaycan tarixini araşdırmaqla necə deyərlər, hər daşın altında izi olan bir xalqın tarixini üzə çıxarmaqla məşğuldular və bu istiqamətdə də böyük işlər görürlər. Təkcə Mil düzündə aparılan arxeoloji qazıntılar sübut edir ki, bizim tariximizin yaşı minillikləri arxada qoyub. Bu faktı sübut edən gerçəkliklərdən biri də Mil düzündə torpaq altında qalmış qədim Örənqaladır. Bu şəhərin yaşı və bütövlükdə tarixi çox-çox uzaq əsrlərə gedib çıxır. Tarixi mənbələrdə göstərilir ki, V əsrə aid maddi-mədəniyyət nümunələrinin tapılması sübut edir ki, bu şəhərin yaşı kifayət qədər qədimdir. Və yeri gəlmişkən onu da xatırladım ki, bugünkü Beyləqan rayonu Kəbrli kəndi ərazisində yerləşən və bu coğrafiyanı özünün qədimliyi ilə şərəfləndirən Örənqala Bərdədən Ərdəbilə gedən ticarət yolunun üzərində yerləşmişdir. Və ən maraqlı məqamlardan biri də budur ki, Mil və Muğan düzlərindən Kiçik Qafqaz dağlarına köç edib yaylaq mövsümünü yaşayan əhali də, tacirlər də, ümumiyyətlə, səyahət edənlərin böyük əksəriyyəti məhz bu yoldan istifadə etmişdilər. Ona görə də aparılan arxeoloji qazıntılar zamanı şəhərin qala divarları aşkarlanmışdı. Bu gün də həmin şəhərin xarabalıqlarının müəyyən hissələri ərazidə yaşayanların və bu bölgədən ötüb keçənlərin diqqətini özünə çəkir.

Qazıntılar zamanı üzə çıxmış qala divarlarının köbər şəklində olan divarlarının hündürlüyü yer səthindən 6-8 metr hündürdür. Və bu da təbii ki, kənardan rahatlıqla diqqəti özünə çəkir. Amma qala divarından içəridə, yəni qalanın daxilində aşkarlanmış mədəni təbəqənin qalınlığı isə 3-5 metrdir. Alimlərin sübut etdiyi bir məqam da var. Yəni hələ də xalq arasında bu günə qədər adı hallanan Gavur arxı məhz həmin zamanlarda Araz çayı ilə Qarqar çayını birləşdirmişdir. Çox maraqlıdır ki, həmin Gavur arxı adlanan su axarın müəyyən izləri bu gün də qalır. Necə deyərlər, ötən zaman onu bütünlüklə silib səhnədən götürə bilməmişdi. Həmin Gavur arxı ilə bağlı irəli sürülən fikirlərdən biri də belədir ki, məhz bu arxla gələn sudan qalanın ətrafındakı xəndəkləri dolduraq və bir də suvarma işləri üçün istifadə etmək əsas tələbat olubdur.

Fikrimizi bir az da genişləndirsək, Örənqala şəhərini basqılardan qorumaq üçün şəhərin qala divarları arxasında xüsusi xəndəklər qazılmış və həmin xəndəklər həmişə su ilə dolu saxlanılırdı. Və şəhər sakinləri də Gavur arxından həm xəndəklərin su problemlərini həll etmək, həm də digər təsərrüfat sahələri üçün məqbul saymışdılar.

Aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri, eləcə də aşkarlanmış xarabalığın qalıqları belə bir fikir formalaşdırmışdı ki, Örənqala şəhərinin ərazisi 40 hektardan çox olmuşdur.

Və bu 40 hektar şəhər ərazisi də 3 hisəyə bölünmüşdür. Onun birinisi Böyük Şəhər adlandırılmışdır. Bundan başqa həmin Böyük Şəhərin cənub-şərq küncündəki ərazi isə 14 hektar olmaqla bu sahə Kiçik Şəhər kimi təqdim olunmuşdur. Hər iki şəhərin, yəni Kiçik Şəhərlə Böyük Şəhərdən cənub-qərb tərəfdə isə xüsusi bir məhəllə olmuşdur ki, bu məhəllə də qala divarlarından kənarda salınmışdır və bura sənətkarlar məhəlləsi idi.

Arxeoloqlarımızın və bütövlükdə alimlərimizin gəldiyi nəticə bundan ibarətdir ki, təbii ki, onlar aparılan qazıntılara və əldə olunan maddi-mədəniyyət nümunələrinə söykənərək bildiriblər ki, Örənqala şəhərinin bütün sahələrində, yəni həm böyük, həm kiçik şəhərdə, həm də sənətkarlar məhəlləsində ticarət, tikinti, bütövlükdə təsərrüfat işləri çox böyük marağa səbəb olmuş və insanlar demək olar ki, burada təsərrüfatın əksər sahələri ilə məşğul ola bilmişdilər.

Çünki tapılan çoxlu miqdarda saxsı qablar, bişmiş kərpiclər, metal, şüşə və digərləri o qədər çoxluq təşkil edir ki, bu da şəhərdəki həyat səviyyəsindən xəbər verir.

Onu da xatırladaq ki, qazıntılar zamanı Örənqala şəhəri ərazisindən miss pullar da tapılıbdı. Həmin pulların tapılması da burada ticarətin inkişaf etdiyinə bir sübutdur. Ümumiyyətlə, şəhər ərazisində aparılan qazıntılar onu göstərir ki, Örənqala şəhəri tariximiz üçün kifayət qədər böyük əhəmiyyət kəsb edən faktlarla, sübutlarla zəngin bir ünvandır, bir məkandır. Bu ərazinin öyrənilməsi həm də regionun özünün tarixinə baxış üçün də böyük imkanlar yaradıb.

(Ardı növbəti sayımızda)

Əbülfət MƏDƏTOĞLU



İmza:
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK