nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | 43-cü sessiya çərçivəsində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılıb Adalet.az | 43-cü sessiya çərçivəsində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

43-cü sessiya çərçivəsində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılıb

25051    |   2019-07-03 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində "Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub. Sərgi iyulun 3-dən sentyabrın 30-dək davam edəcək.

Dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Xalça muzeyi ilə Luvr muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir. Luvr və dünyanın digər muzeylərindəki eksponatların sırasında Azərbaycanın tarixi ilə əşyaları təhlil edək. Nəticədə isə xarici ölkələrin muzeylərində Azərbaycanla bağlı kifayət qədər çoxlu əşyaların olduğunun şahidi oluruq.

Nazir qeyd edib ki, Xalça muzeyində Luvrda saxlanılan üç Azərbaycan xalçası nümayiş olunur. "Biz, həmçinin ona görə sevinirik ki, Luvr kimi muzeydə Azərbaycan xalqının aid olan bu xalçaların saxlanması faktı mövcudddur. Mərasimə gələn nüfuzlu qonaqların qarşısına bu faktı qoymaqla mədəniyyətimizi nümayiş etdiririk”, - deyə Ə.Qarayev əlavə edib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, bu, hər iki dövlət arasında əməkdaşlığın göstəricisidir. Luvr və Xalça muzeyi arasında olan bu unikal tədbir hamı üçün çox maraqlıdır və bu gün bu qeyri adi xalçaları kəşf edirik. Bu tədbir Parislə Azərbaycan arasında olan münasibətləri nümayiş etdirir.

Layihə "Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycan-Fransız İnstitutu və "Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.




İmza:
SON XƏBƏRLƏR
2020-02-22
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK