hacklink Adalet.az | Qusarda çətənə kolları aşkarlanıb Adalet.az | Qusarda çətənə kolları aşkarlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Qusarda çətənə kolları aşkarlanıb

17007    |   2019-07-01 17:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləgərqışlaq kənd sakini 38 yaşlı Cəlaləddin Səidov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, C.Səidov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü bir metrə qədər olan 14 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını iyun ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK