Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: GÜNÜN 24 SAATI... Adalet.az | Faiq QİSMƏTOĞLU: GÜNÜN 24 SAATI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Faiq QİSMƏTOĞLU: GÜNÜN 24 SAATI...

2 iyul - Azərbaycan Polisinin peşə bayramıdır!

7176    |   2019-07-02 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onlar bizim təhlükəsizliyimizi qoruyurlar

30 ilə yaxındır ki, biz "Ədalət" qəzeti olaraq Azərbaycan polisinin yanındayıq. Çünki Azərbaycan polisi dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında çox böyük işlər görüb. Onlar həm cinayətkarlığa qarşı mübarizə aparıblar, həm də ictimai asayişi qoruyublar. Bu müddət ərzində biz həmişə polisin gördüyü işləri gündəmə gətirməklə onlara dəstək durmuşuq. Ən azından ona görə ki, Azərbaycan polisi günün 24 saatını insanların təhlükəsizliyini qorumaqla yanaşı, ölkəmizdə sabitliyi və ictimai asayişi təmin edir.

Bu o Azərbaycan polisidir ki, Qarabağ müharibəsində, cinayətkarlığa qarşı mübarizədə yüzlərlə şəhid verib və ondan da çox polis əməkdaşı dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında güllə yarası alıb. Zamanın çovğunu, şaxtası Azərbaycan polisini hər cür sınağa çəkib. Və bu sınaq zamanı polis bir daha Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına sədaqətini nümayiş etdirərək onun yanında olub. Başqa sözlə demiş olsaq, xalqın ən ağır günündə, ən çətin məqamənda millətə "qorxma" deyən elə polis olub.

Azərbaycan polisinə uzun müddət general-polkovnik və bu gün Prezident Yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan cənab Ramil Usubov rəhbərlik edib. Onun rəhbərliyi dövründə polisin maddi və texniki bazası daha da möhkəmləndirildi. Çünki cənab prezident İlham Əliyev polisə hə cür qayğı göstərib. Elə bunun bəhrəsidir ki, bu gün tam cəsarətlə demək olar ki, polis orqanlarında xalqını, millətini, dövlətini sevən sıravi əməkdaşdan tutmuş generala qədər çoxlu sayda insanlar çalışırlar. Ramil Usubov polisin nüfuzunu, xalq arasında hörmətini daha da yüksəltdi.

Təbii ki, cənab prezidentin sərəncamı ilə Vilayət Eyvazov yeni nazir təyin edildi. Və bu təyinatla əlaqədar Ramil Usubov da bildirib ki, Vilayət Eyvazovun daxili işlər naziri təyin edilməsi bizi çox sevindirdi. Çünki Vilayət Eyvazov uzun müddət daxili işlər nazirinin 1-ci müavini vəzifəsində çalışıb. Aydındır ki, general-polkovnik Vilayət Eyvazovun da tutduğu mövqe dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasına xidmət edir və bundan sonra Azərbaycan polisi bir qədər də möhkəmlənəcək, güclənəcək, prezidentə və dövlətə sədaqəti ilə yadda qalacaqdır.

Biz özümüz də ən çətin anlarda, ən mürəkkəb məqamlarda polisin yanında olmuşuq. Çünki son 30 ildə Azərbaycan polisinin keçirdiyi tədbirlərin əksəriyyətində bizim əməkdaşlar onların yanında olub. Biz onu görmüşük ki, Azərbaycan polisi cinayətkarı necə zərəsizləşdirir... Biz onu görmüşük ki, vətəndaşın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan polisi sinəsini qabağa verərək onu ölümdən xilas edir... Biz onu görmüşük ki, ağır avtomobil qəzasına düşmüş bir ailəni maşının içindən çıxarıb xəstəxanaya aparan Azərbaycan polisi olub. Və heç kimə sirr deyil ki, son illərdə polislə xalq arasında münasibətlər daha sivil qaydada və səmimi qurulub.

Bir faktı da qeyd edək ki, bizim əsas missiyamızdan biri yol polisinin həyata keçirdiyi tədbirləri, reydləri və yoxlamaları işıqlandırmaq olub. Və biz bu reyd və yoxlamalarda nələr görməmişik? Polisin qanuni əmrinə tabe olmayan, ona müqavimət göstərən və hətta qanunu icra edərkən polisin üstünə maşın sürən kriminal elementlərin də şahidi olmuşuq. Bax, həmin anda polis peşəkarlığı və səbri onların köməyinə çatıb, nəticədə yolunu azmış o kriminal elementlər zərərsizləşdirilib.

Zarafat deyil, sutkanın 24 saatı təhlükəsizliyi qoruyasan və özün də rahat olasan. Çünki bu 24 saatda Azərbaycan polisi hər cür hadisə ilə üzləşir. Və oğul odur ki, belə bir ekstremal şəraitdə sən düzgün və ədalətli yol tutasan. Dəfələrlə belə şəraitdə polisin professionallığının və düzgün qərar çıxarmasının şahidi olmuşuq. Kimlərsə polisi gözdən salmaq üçün hər cür vasitələrdən istifadə edib. Hətta onlara şər və böhtan atmaqdan belə çəkinməyiblər. Amma əsl həqiqət isə xalq tərəfindən görünür. Çünki həqiqətin bir üzü var. Ona görə də harda olmağından asılı olmayaraq, polis öz missiyasını vicdanla yerinə yetirməlidir.

Mənim Azərbaycan polisində çoxlu dostlarım var. Onların eləsi var ki, Qarabağ döyüşlərində bir yerdə olmuşuq. Və bəzən mühasirəyə də düşmüşük. Ancaq polisin qoçaqlığı hesabına bu təhlükədən xilas olmuşuq. Füzulinin sabiq polis rəsisi var - polkovnik Binnət Məmmədov. İndi o, təqaüddədir. Dəfələrlə onunla döyüşdə olmuşam.Və 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını ermənidən qoruyan məhz Azərbaycan polisi idi. Çoxları bunu demir. Amma mən deyirəm. Cəbrayılın polis rəisi, polkovnik rəhmətlik Rəşid Məmmədov can qoydu bu vətənin yolunda. Heç bunları unutmaqmı olar? Mən heç vaxt, heç zaman bu iki şərəfli və namuslu polis polkovnikini unuda bilmərəm. Çünki onlar canlarından da, övladlarından çox bu vətəni, bu xalqı seviblər.

Bizim reydlərimiz ən çox yol polisi ilə olur. Onların həm gecə, həm gündüz reydlərində iştirak eləmişik. Bax, onda da çox şeylərin şahidi olmuşuq və hamısını da qəzetimizdə yazmışıq.

Oxuyanlar yaxşı bilir. Onların hansı çətinliklər, hansı əziyyətlər çəkdiyini dönə-dönə görmüşük. Ona görə də polisin peşə bayramında bir daha Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının bütün əməkdaşlarını təbrik edirik. Xüsusən 1-ci, 3-cü, 6-cı, 9-cu tağımın əməkdaşlarını məxsusi qeyd etmək istəyirik. Çünki onlar sözün həqiqi mənasında soyuq qış günlərində, isti yay günlərində sutkanını 24 saatını xidmətdə keçirirlər. O xidmət ki, onları bəzən ən ağır anlar gözləyir. Heç kim də bilmir ki, o ağır andan o polislər necə çıxa biləcəklər. Amma şükürlər olsun ki, onlar peşəkarlıqları hesabına hər cür çətinlikləri dəf edir, dövlətə və dövlətçiliyə xidmətləriylə qürur duyurlar.

Bir daha 2 iyul - Azərbaycan Polisinin peşə bayramı münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla bütün əməkdaşlarını təbrik edirik. Onlar bizim təhlükəsizliyimizi, həyatımızı qoruyurlar. Qoy Allah-Təala da Azərbaycan prezidentini, Azərbaycan dövlətini və Azərbaycan xalqını qoruyan Azərbaycan polisini hifz eləsin. Bir daha peşə bayramınız mübarək!

Faiq QİSMƏTOĞLU



İmza:

Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

İlham Əliyev Musa Şəkiliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

39 nömrəli müntəzəm marşrut xəttinə yeni avtobuslar verilib - FOTO

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK