Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qərbin Şərq "oyunları" - Mehman CAVADOĞLU yazır Adalet.az | Qərbin Şərq "oyunları" - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qərbin Şərq "oyunları" - Mehman CAVADOĞLU yazır

10067    |   2019-07-02 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya prezidenti Vladimir Putin Ingiltərənin məşhur Financial Times qəzetinə verdiyi müsahibədə deyib ki, liberal dəyərlər öz dövrünü başa vurduğu üçün Avropa bir çox problemlərin əlində aciz qalıb. O öz sözlərinə dəstək üçün hazırda həmin dəyərlərin bərqərar olduğu Qərb ölkələrinin üzləşdiyi və əlində aciz qaldığı mühacir problemini misal çəkib. Yəni, belə bir məntiqə söykənib ki, əgər Avropa bu dəyərlərin əsiri olmasaydı həmin problemi asanlıqla həll etmək mümkün idi. Asan həll variantının nə olduğu isə heç kimə sirr deyil – güc tətbiq eləmək və inzibati resursları işə salmaq!Məşhur pritçada deyildiyi kimi, dolaşıq düyünü açmaq üçün çox da baş sındırmağa ehtiyac yoxdur, onu, sadəcə, kəsib atmaq lazımdır.

Bəs, çağdaş dünyada bir çox avtoritar liderlərinin yuxusuna haram qatmış bu liberal dəyərlər nədir və onlar niyə bu dəyərlərdən ilan vuran ala çatıdan qorxan kimi qorxurlar. Geniş siyasi-ideoloji təfərrüatlara varmadan həmin dəyərlərin özündə ehtiva elədiyi əsas tezislərə nəzər salaq:

-İnsanın anadangəlmə təbii hüquqlarının, yəni onun yaşamaq, fərdi azadlığına qovşmaq haqqının təmin edilməsi, şəxsi ləyaqət hissinin qorunması;

-Şəxsi həyatın toxunulmazlığı, dövlətin insanların fərdi həyatına müdaxiləsinin yolverilməzliyi;

-Söz, vicdan, din azadlığı;

-Bazar iqtisadiyyatının, azad ticarətin təsbit edilməsi:

-Xüsusi mülkiyyətin toxunulmazlığı;

-Bütün vətəndaşların qanun qarşısında bərabərliyi;

-Dövlət hakimiyyətinin məhdudlaşdırılması, onun şəffaflığının, eləcə də xalqın ali hakimiyyətinin təmin edilməsi və s. və i.a. bu qəbildən olan şeylər.

İnsanlar hələ tarixin erkən çağlarından öz şəxsi azadlıqlarına qovuşmağa can atsalar da, bu istiqamətdə, məsələn, qədim Yunanstandakı kimi şəhər-polislər yaratsalar da, bu gün Avropanın inkişafının əsas özülünü təşkil edən liberal cəmiyyətlərin qurulması ideyası orta əsrlərdən, renessans dövründən geniş yayılmağa başladı. Bu həmin dövr idi ki, monarxlar ilahi hakimiyyətin, din isə mütləq həqiqətin yer üzündəki yeganə təmsilçiləri sayılırdılar.

Avropa yuxarıda mahiyyətini qısa tezislərlə ifadə etdiyimiz idarəçilik sistemi yaratmağa uzun əsrlər boyu apardığı qanlı və siyasi qovğalardan sonra nail oldu. Nəticəsə göz qabağındadır, necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Özü də bu gün Qərbin siyasi palitrasıadlarına liberallar, mühafizəkarlar, sağçılar, solçular, yaşıllar və s. deyilən müxtəlif təşkilatlarla bəzənsə də,onların hamısının təməl ideoloji ehkamları yuxarıdakı prinsiplərə əsaslanır. Fərq ayrı-ayrı detallarda və cari siyasi proseslərə münasibətdədir ki,onları xırdalamaq bu yazının predmetinə daxil deyil.

Bu yazının predmeti, yəni Putinin yuxarıdakı kəlməsinin başına ip salmağımızın məqsədi bambaşqadır. Məsələ burasındadır ki, Putinin həmin fikri bütün müsəlman şərqində, o cümlədən elə bizdə də çox populyardır və müxtəlif səviyyəli rəsmi, ya qeyri-rəsmi şəxslər, ekspertlər, təhlilçilər yeri gəldi-gəlmədi onun quyruğundan yapışmağı çox sevirlər. Deyirlər ki, bütün bunlar sırf Avropa dəyərləridir və bizim mentalitetimizə, adət və ənənələrimizə uyğun gəlmir. Bu fikirləri yuxarıda sadaladığım liberal dəyərlər konteksində şərh edəndə təxminən belə alınır:

-Anadangəlmə təbii hüquqlarımızın, yəni yaşamaq, azadolmaq haqqımıza qovuşmaq, şəxsi ləyaqət hissimizi qorumaq bizim mentalitetimizə ziddir;

-Şəxsi həyatımız toxunulmaz olsa, dövlət hər addımbaşı həyatımıza müdaxilə etməsə adət-ənənələrimizəldən gedər;

-Düşündüyümüzü söyləsək sözümüzün kəsəri olmaz, azad şəkildə ibadət eləsək oruc-namazımız qəbul olunmaz və günaha batarıq;

-İstədiyimiz məhsulu buraxsaq, onu kimə istəsək bağışlasaq və yaxud istədiyimiz bazara çıxartsaq, kimə istəsək, hansı qiymətə istəsək satsaq əcdadlarımızın ruhu bizi bağışlamaz;

-Dövlət istədiyi vaxt mülkiyyətimizi əlimizdən almasa yaddaşımızı itirər və manqutlaşarıq;

-Bütün vətəndaşlar qanun qarşısında bərabər deyil, kimi onun altında, kimisi də üstündə olmalıdır, əks təqdirdəənənələrimizə dönük çıxmış olarıq;

-Dövlət (oxu: məmurlar) qeyri-məhdud hakimiyyətə malikdir, qapalı şəraitdə, kabinetlərdə oturub nə istəsə edə bilər. Xalqı ali hakimiyyətin hətta kandarına belə yaxın buraxsan mentalitet əldən gedər və s. və i.a. bu qəbildən olan şeylər.

Bax, məsələ bu qədər sadədir, onu hər hansı şəkildə qəlizləşdirməyə heç bir lüzum yoxdur. Sadəcə, ölçüb-biçmək lazımdır ki, həqiqətənmi bu dəyərlər bizim mentalitetimizə, adət və ənənələrimizə daban-dabana ziddir, yoxsa onlarlaəl-ələ veribbir damın altında yaşamaq mümkündür? Yox əgər belə bir birgəyaşayış mümkün deyilsə onda necə hərəkət etməliyik? Mentalitetimizə, adət-ənənələrimizə əl gəzdirməliyik, yoxsa adam balası kimi yaşamaq haqqımızdan imtina etməliyik?Nəzərə almaq lazımdır ki, adına mentalitet, adət-ənənə, həyat vərdişləri, yaşayış stereotipləri dediyimiz bu nəsnələr heç də statik anlayışlar deyil, zamanla birlikdə onlar da yaranır, formalaşır, həyat tərzi dəyişdikcə onlar da dəyişir, vaxtı keçəndə köhnəlir, itir və yeniləriylə əvəzlənir.

Bəs, görəsən, Putin liberal dəyərlərin guya öz dövrünü başa vurması barədə məşhur kəlamını niyə durub-durub məhz Yaponiyada, həmin dəyərlərin sayəsində sözün həqiqi mənasında əsl cənnətə çevrilmiş bir ölkədə dilə gətirdi? Bu gündoğan ölkənin öz mentalitetinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinəRusiyadan da, bizim özümüzdən də, bütövlükdə müsəlman şərqindən də daha sıx bağlı olduğu heç kimə sirr deyil. Deməli, bu dəyərlərin mentalitetlərlə ziddiyyət təşkil etməsi barədə deyilənlərin demoqoqiyadan başqa adı yoxdur.

Putin sözügedən müsahibəsində I Pyotru özünün idealı adlandırır. Əslində, burda pis bir şey yoxdur, I Pyotr həqiqətən Rusiya üçün böyük işlər görüb və hər bir rusun onunla öyünməyə haqqı var. Amma hazırkı Rusiya prezdenti onunla yalnız bir tarixi şəxsiyyət kimi qürur duymur, həm də özünü onun davamçısı sayır, onun yarımçıq qalmış işlərini başa çatdırmağı müqəddəs missiyası hesab edir. Dərindən baxanda burda da təəccüblü, qınanılası bir şey yoxdur. Təəccüb doğuran, qınaq və qıcıq yaradan, sadəcə, Putinin bunu məhz XVIII əsrin qaydalarıyla etmək istəyidir. Elə G20 sammitinə yola düşməzdən bir gün əvvəl, hələ Moskvadaykən o bütün dünyanı Rusiyanın təzəcə istehsal elədiyi yeni qorxulu silahlarla hədələdi. Amma bir məqamı unutdu ki, artıq dünyanı işğal eləmək üçün yalnız güclü silaha və hərbi arsenala sahib olmaq kifayət eləmir. Əgər belə olsaydı dünyanın iki ən güclü hərbi gücündən birisayılan, ideal kimi də Putinə I Pyotrdan daha çox uyğun gələn Sovet İttifaqı çökməzdi (görünür, sual ən çox sevdiyin şəxsiyyət kimdir şəklində verildiyi üçün Putin I Pyotrun adını çəkmişdi. Çünki sovet rəhbərləri arasında bu rola uyğun gələn yalnız bir nəfər var idi ki, onun da adını çəkmək etnik mülahizələr baxımından məqbul deyildi). Sovetin bütün dünyanı lərzəyə salan çox güclü hərbi potensialı məhz həmin liberal dəyərlərin qarşısında duruş gətirə bilmədi. Çünki təkcə Vətəni sevməklə vətən güclü olmur, arada vətəndaşı da sevmək lazımdır.

Əslində, bu gün dünya iki qütbə, liberal dəyərləri həyat tərzinə çevirənlərə və həmin dəyərlərə həqarətlə yanaşanlara, onlara qənim kəsilənlərə bölünüb. Birincilər öz ölkələrində cənnəti quranlar, öz vətəndaşlarını cənnətdəyaşadanlar, ikincilərsə vətəndaşlarını güclü dövlət ambisiyası və hakimiyyət ehtiraslarına, yuxularına haram qatan mifik dövlətçilik ideallarına qurban verərək onları bir qara qəpiklik edənlərdir. Ancaq bu ikincilər sadə bir həqiqəti unudurlar ki, indi zəmanə dəyişib, indigüclü dövlətlər sadiq təbəələrin və qəddar orduların yox, azad və zəngin vətəndaşların hesabına qurulur. Elə ona görə də hazırda bütün dünyanı işğal eləmək gücündə olan Rusiyanın, onun başqa bir həmkarı Çinin bu qədər hərbi arsenala sahib olmalarına rəğmğn bir sanksiyalıq canları yoxdur.

Mentalitet və adət-ənənə də ehkamlaşmış ideologiyalar kimi mahiyyət etibarıyla mühafizəkar anlayışlardır. Konkret ideologiyaların təmsilçisi olan totalitar rejimlərdən fərqli olaraq, avtoritar rejimlərin ideologiyası olmadığı üçün onlar bu boşluğu məhz mentaliteti ideologiya səviyyəsinə qaldırmaqla doldururlar. Çünki mühafizəkar idarəçilik daim mühafizəkar dəyərlərə hədsiz bağlılıq, aşırı sevgi nağıllarıyla qidalanmayanda kökdən düşür, pafosunu itirir və efektsizləşir.Mentalitet avtoritar rejimlərin əsas ideologiyasıdır. Hərçənd, çox vaxt həmin rejimlərin başında duranların özləri bu mentalitetə və adət-ənənələrə yaxşı halda üstdən aşağı baxır, pis halda ikrahla yanaşırlar. Bu dəyərləri onlar üçün cəlbedici edən, idarəetmənin başlıca prinsipinə çevirən yeganə amil onların məhz yuxarıda söylədiyimiz mühafizəkar xislətidir. Toplumun, xüsusilə onun fəal kəsiminin cəmiyyətdə yeni ictimai münasibətlər formalaşdırmaq sevdası, bir az başqa cür yaşamaq arzusu dəyişmək, yeniləşmək tələb edir ki, bu da həmin rejimlərin sosial-siyasi dayaqlarını silkələmək gücündə olduğu üçün çox təhlükəli məşğuliyyətdir.

Liberal dəyərlərin yuxarıda sadaladığım prinsiplərinin bir ana prinsipi də humanizmdir və bu gün mühacir böhranının qərbi dalana dirəməsinin ən başlıca səbəbi dəməhz bu prinsipi pozmaq istəməməsidir. Qərb mühacirlərin əlində aciz qalmayıb, öz prinsiplərinin girovuna çevrilib. Bu azmış kimi həm də həmin mühacirləri yurd-yuvalarından didərgin salanların ittihamlarıyla üzləşib.

O ki qaldı qərblilərin Şərq oyunlarına, unutmayın ki, bir-birləriylə yola getməyi bacarmayanlar günahı başqa yerdə axtarmağa adətkərdədirlər. Məişətdə də, siyasətdə də.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK