hacklink Adalet.az | Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib Adalet.az | Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

11986    |   2019-06-28 13:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkətin "Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib.

Qeyd edək ki, öz abunəçilərini eksklüziv endirim və üstünlüklərlə təmin etmək məqsədilə Bakcell ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirir. "Ulduzum” proqramı artıq 300-dən çox tərəfdaş vasitəsilə Bakcell abunəçilərinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təklifdən yararlanmaq imkanı yaradır. Proqramın geniş partnyor şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözəllik, idman və əyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir.

Bakcell 2 il bundan əvvəl özünün "Ulduzum” loyallıq proqramının partnyor siyahısına Türk Hava Yollarının "Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, "Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.

Bakcell şirkətinin həyata keçirdiyi "Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.

Hər bir Bakcell abunəçisi "Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə "Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçünwww.ulduzum.azsəhifəsinə daxil olun.




İmza:

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bu telefonlarda “WhatsApp” işləməyəcək

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

"Azercell" Türkiyədəki abunəçilərinin nömrələrinə internet paketi yükləyib

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK