hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Lombardlara müddətsiz lisenziya veriləcək Adalet.az | Lombardlara müddətsiz lisenziya veriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Lombardlara müddətsiz lisenziya veriləcək

16434    |   2019-06-27 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Lombardlar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsində lombardlara müddətsiz lisenziya və icazə verilməsi təklif olunur.

Belə ki, sənədin 18-ci maddəsində (Lisenziya və icazə) qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

Qanun layihəsində bildirilib ki, lombardlara verilən lisenziya və icazə müddətsizdir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər. Həmçinin, sənəddə lombardlar assosiasiyalarının yaradılmasının mümkünlüyü barədə məsələ də öz əksini tapıb.

Qanun layihəsinin 30-cu maddəsində (lombardların birlikləri və assosiasiyaları) qeyd edilib ki, lombardlar fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədi ilə birliklər və assosiasiyalar yarada bilərlər. Lombardlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişləri bağlamaq və razılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməz.

Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.




İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK