Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Bir az məzələndim, cinini çıxartdım, 2000 manat da pulunu aldım" - Falçılarla görüş... - Eminquey yazır Adalet.az | "Bir az məzələndim, cinini çıxartdım, 2000 manat da pulunu aldım" - Falçılarla görüş... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Bir az məzələndim, cinini çıxartdım, 2000 manat da pulunu aldım" - Falçılarla görüş... - Eminquey yazır

15713    |   2019-06-27 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə "Space tv"də qonaq idik. Mövzu "cəhalət, yoxsa boşluq?" idi.

Elçin bəyin verilişindən sonra falçılar bizi çaya qonaq elədilər. Bahalı Xammerlə restoranların birinə getdik. Mən həyatımın ən bərbad gününü yaşadım bu gün. Bu ölkədə "heç kim" olduğumu dərk etmək bilirsiniz necə ağırdır? Bilirsiz necə ağrıdır? Bizim çay süfrəsində olduğumuz müddətdə bilirsiniz hansı həqiqətləri öyrənmişəm? Bu falçıların yanına kimlər gəlib, bilirsiniz? Bilirsiniz nə qədər zəng, mesaj gəldi falçı Almaza?

Falçı Fəridin "özünüzə yazığınız gəlsin, kimə lazımdı sizin yazdığınız kitab?", Almazın maaşımızı soruşub kinayəylə "gəlin mənim yanımda işləyin, üç qatını verərəm" deməsi yeddi qatımdan girdi də, çıxdı da. Günə ən azı 2000 min qazanan bu adamları xalq saxlayır, xalq! Verilişdə bizi falçıları qınayanda alqışlayanlar veriliş bitən kimi bu falçıların qəbuluna düşmək üçün dəridən-qabıqdan çıxırlar.

Falçı Fəridin 27 yaşı var. Altındakı üç maşını, dörd-beş villasını xalq, imkanlılar, vəzifədə olanlar alıb ona. Deyir, deputatlardan biri gəlmişdi. Dedim, səndə cin var. Çıxartmalıyam. Şalvarını çək aşağı. Çəkdi. Dedim, dalına üç dənə şillə vur. Vurdu! Bir az məzələndim, cinini çıxartdım, getdi. 2000 manat da pulunu aldım. Və Fəridə "düz yolda olduğunu düşünürsən?" sualıma "həri, mənimlə bir oxuyan əlaçılar indi fəhlə, kuryer işləyirlər, mənə bax, geyimim, pulum, maşınım, bunları mənə Allah verib və veribsə deməli, düz yoldayam" deyə cavabı.

Prodüsseri üzünü falçıya tutub dedi:

- Bu oğlanlar yazı-pozu adamıdılar. Gəl belə edək. Onlar sənə şeir yazsınlar. Sən də onların kitabını çıxartmaqlarına kömək elə.

Fərid:

- Yazsınlar. Bəyənsəm 200 manat verərəm.

Bu adamlar elə bilirlər ki, hamı özünü pula satır. Susmağımızdan anladılar ki, yazmarıq. Hadisələr o qədər iyrənc hal almışdı ki, yazını uzadıb nə özümü, nə də sizi peşman etmək istəmir.

Amma hamısı bir güllə kimi beynimə, ürəyimə ilişib qalıb. Özümə nifrət edirəm...




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-17
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK