Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib Adalet.az | Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib

7055    |   2019-06-25 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.

Nazirlikdən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyun ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Oğuz rayonunda, nazirin birinci müavini Əli Abdullayev Qəbələdə vətəndaşlarla görüşüb.

Nazirin qəbulunda Oğuz və Şəki rayonları, nazirin birinci müavininin qəbulunda Qəbələ sakinlərinin müraciətlərinə baxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.
Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.



İmza:

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

"Azercell"in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

"Azercell" “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirdi

SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK