Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SÖNMƏYƏN İŞIQ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SÖNMƏYƏN İŞIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SÖNMƏYƏN İŞIQ

Ağcabədidə M.F.Axundov adına 3 saylı məktəb-liseyi var

3073    |   2019-06-24 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən biz onunla görüşəndə özümüzdən, elimizdən, obamızdan, mənəvi dünyamızdan və bir də baş verən hadisələrə münasibətlərimizi ifadə etməkdən söhbət açırıq. Hardan danışsaq da, söhbətə hardan başlayıb, hansı istiqamətə yönəltsək də, axırda yenə elin, obanın, bu günümüzün reallığına gəlib çıxırıq. Öncə mən bunun təsadüf olduğunu düşünürdüm. Amma sonra onun poeziyasıyla, şeir dünyasıyla, müxtəlif informasiya agentliklərinə mətbuata verdiyi açıqlamalardan anladım ki, bütün bunlar təsadüf deyil. Və ümumiyyətlə, təsadüf olan elə yerdə baş verir ki, onu gözləmirsən. Mənim də, elə dostumun da təsadüfə ümid bağlaması, təsadüfə güvənməsi artıq gecdir. Deməli, baş verənlərin, gerçəkliklərin hamısı zərurətdir. Yəni bunun üçün zəhmət çəkilib, vaxt xərclənib, inadla, israrla təkrarlanma, diqtə etmə və bəhrə gözləmə prinsipi proqramlı şəkildə həyata keçirilir. Və...

Şair Tahir Rzanı ədəbiyyat aləmi yaxşı tanıyır. Millət vəkili Tahir Rzayevi də ictimai-siyasi həyatda, parlament camiyəsində və nəhayət, Qarabağda hər kəs sayğı və sevgiylə qarşılayır. Əslində şair elə millətin danışan dili, görən gözüdü. Deməli, millət vəkili Tahir Rzayevin həm də şair Tahir Rza olması təsadüf deyil. Bunlar həm həyatın, həm oxucunun, həm də seçicinin gerçəkləşən arzusudu. Mənim də bu insanla tanışlığım, dostluğum iç dünyamın ehtiyacı, söz dünyamın tələbi, özəl dünyamın zərurətidi. Bax, bu fonda hər söhbətimizdə mən Tahir müəllimdən nəsə öyrənirəm. Və deməli, onun bu təmənnasız mənəvi dəstəyi mənim çevrəmi də genişləndirir. Respublikamızla, bölgəmizlə daha yaxın təmasına bir növü vəsilə olur. Elə indi bilgisayara diqtə etdiyim yazının da xeyir-duası da, tövsiyəsi də Tahir müəllimdən gəlib...

Məktəb kollektivi

Yaxın günlərin söhbətidi. Sözarası Tahir müəllim mənə bildirdi ki, Ağcabədidə öz kadr potensialı və təhsil uğurları ilə seçilən qocaman bir məktəb var. Bu məktəbin yaşı çox qədimdi. Həm də bu gün məktəb-lisey statusu da daşıyır.

Millət vəkilinin, şairin bir təhsil ocağı barəsində belə həvəslə bilgi verməsi mənim də marağıma səbəb oldu. Necə deyərlər, diqqətimi çəkdi. Və bir neçə gün öncə həmin məktəb-liseyin tədris işləri üzrə direktor müavini, respublikanın Əməkdar müəllimi, 45 ilə yaxın pedaqoji fəaliyyət stajı olan Camal Rəşid oğlu Abbasovla görüşdük. Sırf təsadüf nəticəsində gerçəkləşən görüşümüz zamanı elə ilk cümlədən hiss etdim ki, Camal müəllim dünya görmüş, nəslinə, soy kökünə şərəf gətirən, biliyi və rəhbərlik təcrübəsi ilə seçilən ziyalılarımızdandı. Necə deyərlər, mənim bilgi əldə etməyimin yolunda yaşıl işıq yandırılmışdı. İndi qalırdı bu yaşıl işığın altında Camal müəllimlə 3 saylı məktəb-lisey barəsində könül söhbəti etmək, olmuşları və olanları öyrənmək!..

Məktəbdə şənlik

Bəli, Ağcabədidə qədim bir məktəb var. Bu gün o məktəbin bazası öz imkanları, hazırlıq səviyyəsi, imkanları hesabına daha da şaxələnərək pedaqoji kollektivin gücü və imkanları hesabına həm də liseyə çevrilib. Məhz bunun hesabına Ağcabədidəki 3 saylı məktəb-lisey təkcə regionda deyil, həm də respublikada müəyyən ənənələrin daşıyıcısına çevrilibdi. Təbii ki, bu da təsadüfi deyil. Ona görə bu fikri xüsusi vurğulayıram ki, 3 saylı məktəb-liseyin tarixi ilə bağlı fikirlərini mənimlə bölüşən Camal müəllim elə mənim də əlimdən tutub sanki bir ekskursiya etdi. Biz birlikdə ötən əsrə qayırdıq...

Camal müəllimin söylədiklərindən


3 saylı məktəb-lisey Azərbaycan ədəbi fikrinin böyük təmsilçilərindən biri olan M.F.Axundovun adını daşıyır. Özü də bu məktəbin özülü 1883-cü ildə qoyulub. Yəni bir bina olaraq 1883-cü ildə xüsusi sobalarda bişirilmiş kərpicdən 8 otaqlı bina tikilib. Bunanın dam örtüyü qalın su keçirməyən torpaq qatıyla elə şəkildə inşa olunub ki, illərin qarı, yağışı ona təsir edə bilməyibdi. Burada onu da əlavə edim ki, binanın tikildiyi ərazi Ağcabədi rayonunun bugünkü yerləşmə coğrafiyasının iki hissədən ibarət olmasını bir daha bizə xatırladır. Vaxtilə bugünkü Ağcabədi şəhərinin mərkəzi iki kənddən ibarət olub. Həmin kəndlərdən biri, yəni şəhərin sol hissəsi Xəlfərəddin kəndi adlanıbdı. Çar Rusiyası zamanı otel kimi nəzərdə tutulan həmin 8 otaqlı bina 1883-cü ildə dini təhsil verən məktəb kimi istifadə olunub. Bu dini məktəbdə əslən Ağcabədidən olan və bu gün də böyük ehtiramla adları anılan Molla İslam, Molla Abdulla, Molla Hüseynqulu, Mələkoğlu Səməd, Seyid Miriş, Molla Rzavə Abbas əmi kimi tanınan şəxslər təhsil alıblar. Zaman keçdikdən sonra həmin dini məktəb artıq öz çevrəsini genişləndirərək yeni dövrün tələblərinə cavab verən müstəviyə keçirilib. Burada artıq ictimai elmlərlə tədris olunmağa başlayıb və nəhayət, dövlət məktəbi kimi fəaliyyətə başlayıbdı. Bir faktı da qeyd edək ki, rus zadəganlarının, emsarlarının, eləcə də xidmət və sürgünlə bağlı Azərbaycana göndərilən təmsilçilərinin ölkəmizdə yerləşdirilməsi onların sosial problemlərini də ortaya çıxarırdı, həmin problemlərin çözümü baxımından artıq digər millətlərin təmsilçilərinin övladları da təhsil almağa başlamışdır. Təbii ki, prosesin bu cür davam etməsi digər kəndlərdən təhsilə maraqlı uşaqların da buraya üz tutması artıq adi hadisəyə çevrilmişdir. Və Xəlfərəddin 3 nömrəli məktəbi Azərbaycan və rus bölmələri olmaqla orta məktəb kimi formalaşmışdı. Kontingentin artması özü-özlüyündə təhsilə marağı da və yekun nəticələri də artıq önə çıxarmışdı. Bu gün fəxr hissiylə vurğulamaq olar ki, həmin məktəbin yetirmələri arasında adlı-sanlı elm xadimləri, tanınmış şəxslər var ki, onlarla da bütün ağcabədililər qürur duyur. Onların arasında Azərbaycanın çox önəmli yazıçılarından biri İsi Məlikzadə, kimya elmləri doktoru professor Əyyub Əzizov, Şəmil Cəmşid, Rasim Tağıyev, görkəmli teatr xadimi Ağakişi Kazımov, texnika elmləri doktoru, professorlar Rza və Kamran Kərimov qardaşları, ölməz xanəndəmiz xalq artisti Yaqub Məmmədov və daha neçə-neçə dəyərli aydınlarımız məhz bu məktəbin yetirmələridir. Hələ sovet dönəmində, yəni 1983-cü ildə bu məktəbin 100 illiyi ən yüksək səviyyədə qeyd edilmişdi. Həmin tədbirin qonaqları arasında respublikanın o vaxtkı təhsil naziri Kamran Rəhimov da var idi.


Arzu Məmmədli müəlliməsi İradə xanımla


Məşhur bir atalar sözü var. Atalar deyib ki: "Ot kökü üstə bitər". Bax, bu mənada ənənəvi bir məktəb olan 3 saylı məktəb-liseyin uğurları müstəqillik qazanandan sonra da davam edib və bu gün də etməkdədi. 2006-cı ildə pilot-məktəb, 2007-ci ildə lisey-məktəb adına layiq görülən 3 saylı Ağcabədi şəhər məktəbi 2009-cu ilin ən yaxşı məktəb müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatı qazanmışdı. Həmin illərdən başlayaraq, rayonda prezident təqaüdçüsü olan məzunların sayı da artmağa başlamışdı. Məktəbin prezident təqaüdçüsü 2007-ci ildə Məmmədli Şirin Çümşüd oğlu 686 bal toplamış, 2012-2013-cü tədris ilində 682 bal toplayaraq, Türkiyə Gülhanə Tibb Universitetinə daxil olan Mütəllimov Anar Məzahir oğlunun təhsilini davam etdirməsi üçün dövlət tərəfindən kifayət qədər vəsait köçürmüşdü. 2017-2018-ci ildə Məmmədli Arzu Ramil qızı 700 bal toplayaraq rayondakı prezident təqaüdçülərinin rekordunu daha da artırmışdı.


Şirin Məmmədli


Bu gün məktəbin məzunlarının uğurları həm kollektivə, həm də bütövlükdə Ağcabədi rayonuna şöhrət qazandırıb və onların nəticələri hər kəsi sevindirir. Təbii ki, bu işdə ən böyük sevinc və xidmət payı müəllimlərin üzərinə düşür. Bu işdə məktəb-liseyin direktoru Mətanət Seymur qızı Quliyevanın xidmətləri danılmazdı.

Tanışlıq

Mətanət Seymur qızı Quliyeva 1960-cı ildə Ağcabədi şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini məhz 3 saylı məktəb-liseydə başa vuran Mətanət xanım arzularının ardınca o vaxtkı N.Tusi adına Pedaqoji İnstituta üz tutub. 1977-ci ildə həmin institutun riyaziyyat fakültəsinə daxil olub. Tələbəlik illərində fəallığı ilə seçilən Mətanət xanımın müəllim kimi ilk daxil olduğu sinif otağı da 3 saylı məktəb-liseydən başlayıb. Təyinatla Ağcabədi şəhərindəki və özünün təhsil aldığl məktəbə gələn gənc riyaziyyat müəlliməsi illər ötdükcə həm müəllim, həm də idarəetmə qabiliyyəti ilə diqqəti çəkmişdi. Ona görə də 1990-cı ildə artıq Mətanət xanım təşkilat məsələləri üzrə direktor müavini kimi fəaliyyət göstərirdi. 2017-2018-ci tədris ilində o, artıq "Direktorların işə qəbulu" üçün sənədlərini Təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim etdi. İmtahanları uğurla başa vuran Mətanət Seymur qızı Quliyeva elə həmin tədris ilindən də 3 saylı məktəb-liseyin direktoru təyin olundu. Burada onu da xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Mətanət xanım "Qabaqcıl təhsil işçisi" döş nuşanına layiq görülüb. Bu mükafata qədər isə o, fəxri fərmanlar, diplomlar, təşəkkürnümələr ilə mükafatlandırılmışdı.


Rafael Quliyev


Ağcabədidə olarkən əldə etdiyimiz bilgiyə görə, 3 saylı məktəb-lisey rayonda öndə gedən təhsil müəssisələrindəndi. Məktəb-lisey həm də təmaül məktəb statusuna da malikdir. Məktəbin 51 sinif komplektində 1317 nəfər şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər müəllim məşğul olur. Onların arasında 3 nəfər müəllim respublikanın "Əməkdar müəllim"i adına layiq görülüb. Qeyd ütdiyimiz bilgilərdən də məlum olur ki, 3 saylı məktəb-lisey bu gün də təhsil sahəsində rayonda olduğu kimi, bölgədə və respublikamızda da öncüllərdəndi.

Təqdimat

İradə Əliyusif qızı Hüseynova da Ağcabədidə doğulub. 1996-cı ilidə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirərək Ağcabədi şəhərindəki M.F.Axundov adına 3 saylı məktəb-liseyə riyaziyyat müəllimi təyin edilibdi. Qısa bir zaman içərisində onun həm həmkarlar, həm də şagirdlər arasında nüfuz qazanması gənc riyaziyyat müəlliməsinin sənətinə inamını və yüksək savadını nümayiş etdirirdi. Heç də təsadüfi deyil ki, artıq İradə müəllimənin yetirmələri elə ilk buraxılış illərindən yüksək ballar toplamağa başladılar. Belə ki, Bəxtiyar Şükür oğlu Əliyev 614 balla Neft Akademiyasına, Məmmədzadə Arzu isə 700 balla öz yaşıdlarının arasında önə çıxaraq Prezident təqaüdçüsü oldu. İradə müəllimənin builki tədris ilində qazandığı ən böyük uğurlardan biri də riyaziyyat fənn olimpiadasında Quliyev Rəfail Tofiq oğlunun finala vəsiqə qazanmasıdı. Məhz onun bu qələbəsi pedaqoji kollektivin böyük uğurlarının göstəricilərindəndir.

Anar Məmmədov


Məktəbin tarix müəllimi Atakişiyeva Ballı Aslan qızı da öz yetirmələri ilə fəxr edir. Bu gün Ballı müəllimənin dərs dediyi şagirdlərin sorağı müxtəlif ali məktəblərdən gəlir. Onların arasında Məmmədov Anar Elşən oğlunun adını xüsusi vurğulamaq yerinə düşərdi. Çünki Anar olimpiadalarda qazandığı uğurların nəticəsi olaraq bu ilin may ayında ölkə paytaxtında keçirilən tarix fənni üzrə yarışmanın qızıl medalına layiq görülübdü.

... Ağcabədidə həyatın bütün sahələrinin uğurla inkişaf etdirildiyi artıq adi hala çevrilib. İstər ölkə rəhbərliyinin, istərsə də rayon icra hakimiyyəti başçısı Şahin Məmmədovun tələbkarlığı və qayğısı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də öz sözünü deyib. Hər il məzunlarla, xüsusilə yüksək bal toplamış şagirdlərlə, abituriyentlərlə keçirilən görüşlər, onlara verilən hədiyyələr, fəxri fərmanlar öz müsbət təsirini digər şagirdlərə də göstərir. Yəni bir növü uşaqlar arasında daxili yarışma gedir. Hamı önə çıxmaq, hamı öndə olmaq, hamı seçilmək istəyir. Bütün bunlarda da əsas söz sahibi müəllimlər, pedaqoqlardı. Sevindirici haldır ki, Ağcabədinin əksər məktəbləri kimi 3 saylı məktəb-liseydə hər şey yüksələn xətt üzrə davam etdirilir. Yekunlar sevindirici olmaqla prezident təqaüdçülərinin sayı ilbəil artıq. Bütün bunların isə faydası Azərbaycanımızadır, millətimizədir!

Bəli, həmsöhbət olduğum Əməkdar müəllim Camal Abbasovun verdiyi bilgilər əsasında sizə təqdim etdiyim 3 saylı Ağcabədi məktəb-liseyi əsrlərdən keçib gələn ilk sönməyən işığı xatırladır. Nuru bol olsun!




İmza:

YAZARIN ARXİVİ

2019-10-15 : ŞƏRHSİZ...
2019-10-02 : ƏGƏR...
2019-09-30 : DONAN ÜMİDLƏR
2019-09-24 : ŞƏRHSİZ...
2019-09-24 : ŞƏRHSİZ...
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK