deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Natiq Cəfərli: Turizmin əlifbası Adalet.az | Natiq Cəfərli: Turizmin əlifbası Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Natiq Cəfərli: Turizmin əlifbası

(Düşünmək üçün)

4253    |   2019-06-24 13:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər Cürcüstanın Siqnaxi bölgəsində oldum, ümumiyyətlə, Gürcüstanda 21 bölgə üzrə maraqlı turizm marşrutu təşkil edilib, turizm bütün ölkəyə yayılıb. Bu gün Tiflisə gələn turistlərin 59%-i bölgələrə də gedirlər. Beləliklə də turizmin gəlirini tək Tiflis yox, bütün ölkə yeyir.

Siqnaxi Tiflisdən cəmi 110 km aralıda, dağların qoynunda yerləşir. Maraqlı tarixi abidələri, uydurulmuş hekəyələri var. Cəmi 1,5 saata Tiflisdən hər gün onlarlaturist qrupu Siqnaxiyə gəlir, axşam isə əksəriyyət Tiflisə dönür. Şəhərciyin tək gəlir yeri turizmdir, onlarla kafe, restoran, otel, hostel və kiçik ev tipli qonaqlama yerləri var. Əhalinin tək işi turistlərə xidmət edib, nəsə satıb pul qazanmaqdır. Şəhərciyin turizmdən illik gəliri 170 mln. dollardan çoxdur. Açığı, cəmi 1 gün qalmalı yerdir, ikinci gün orda insanln canı sıxılar, amma biznes xalqa məxsusdur, turizmdən hər evə pay düşür deyə şəhərcik inkişaf edib böyür, insanların rifahı yüksəlir.

Şamaxı da Bakıdan cəmi 110 km aralıda, dağlar qoynunda yerləşir, qədim tarixi, əsl hekayə qurmağa təməli var. Gözəl tarixi abidələri olsa da, yiyəsi yoxdur. Söhbət yiyə olaraq hökumətdən getmir, zatən hökumət zay çalışır - yəni, şəhərin yiyəsi xalq deyil, turizm Siqnaxidə olduğu kimi xalq biznesinə çevrilməyib. Büdcə və korrupsiya puluna 1-2 qlamur otel tikiblər, çox zaman da otellər boş qalır, maksimum Bakldan ora yaxın olduğu üçün gizli eşq yaşamağa bəzi cütlüklər gedir - vəssalam.
Abidələr var, Rəsədxana var, çalışmağa hazır əhali var - amma sistem zaydı, xalq turizm sektorunun sahibi, sahibkarı ola bilmir deyə Şamaxı Siqnaxiyə 10:0 uduzur, halbuki azı 3:1 udmalı idi.

Turizmin əlifbası paylaşmaqdır, hekayə quruculuğudur, rəqabətdir, kiçik sahibkarlığa dəstəkdir. Mərmərdən büdcə puluna otel tikib od qiymətinə satmaqla, lüləkababla, yerli əhaliyə sahibkar kimi deyil də, ancaq ucuz işçi qüvvəsi kimi baxmaqla turizmi inkişaf etdirmək olmur, ay brat. Belə...




İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK