ANA SƏHİFƏ / DÜNYA

Rusiya vətəndaşlarına Gürcüstanla bağlı çağırış etdi: “Vəziyyət daha da gərginləşəcək”

32615    |   2019-06-21 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gürcüstanda vəziyyət stabilləşməyincə, rusiyalı turistləri Gürcüstana səfər etməkdən çəkindirmək lazımdır”.

Bunu Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bildirib.

O qeyd edib ki, son illərdə Gürcüstan rusiyalı turistlər üçün sevimli yerlərdən biri olub.

"Ancaq hələ ki, vətədaşlarımız Gürcüstana səfər etməkdən çəkinməlidir”-deyə o əlavə edib.

V.Cabarov deyib ki, yaxın günlərdə Tbilisidə vəziyyətin daha da gərginləşməsi istisna deyil.

Qeyd edək ki, ötən gün Gürcüstanda bir qrup şəxsparlament qarşısına toplaşaraqRusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər. Hadisə yerinə polis cəlb olunub.

Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasızamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatıSergey Qavrilovparlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar.

Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, etiraz aksiyasının iştirakçılarına xüsusi təyinatlılar tərəfindən rezin güllələrin atılması və gözyaşardıcı qazdan istifadə nəticəsində 16 nəfər xəsarət alıb.

Onlardan 12 nəfərinin yüngül, 4 nəfərinin isə orta dərəcəli xəsarətlər aldığı bildirilir.(modern.az)



İmza:

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”

Nyu-Yorkda mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO

ABŞ-da naməlum şəxs avtomobili polislərin üzərinə sürüb

ABŞ-da QARŞIDURMA DAVAM EDİR

Lukaşenko: “Belarusda “maydan”lar olmayacaq”

Kreml: Hələlik Rusiyanın sərhədləri əcnəbilər üçün açılmayacaq

Koronavirusun ilk dəfə meydana çıxdığı Uhanda ilk yaşandı

Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO

Hindistanda aramsız leysan 43 nəfərin ölümünə səbəb olub

Vaşinqtonda etirazlar zamanı ABŞ Məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb

Amerikada Şerif etirazçılara qoşuldu - Dünya ondan danışır

VAŞİNQTONDA İXTİŞAŞLAR SƏNGİMİR

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK