hacklink Adalet.az | Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib Adalet.az | Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib

12579    |   2019-06-20 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AZAL Prezidenti Cahangir Əsgərov Le Burjedə "Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak edib, orada bir sıra mühüm danışıqlar aparıb.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri və dünyanın ən yaşlı aviasalonudur.

Cahangir Əsgərovun "Boeing Commercial Airplanes”in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə "Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər "Azərbaycan Hava Yolları”na və "Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunan razılaşmalara sadiqliyini təsdiqləyiblər.

AZAL prezidenti Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəhman Mustafayev ilə birgə "Azərbaycan Hava Yolları”nın möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu "Thales Group” şirkətinin baş vitse prezidenti Erve Dammann ilə məhsuldar danışıqlar keçirib. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə ediblər. Azərbaycanda "Thales” şirkətinin məhsullarının
istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Cahangir Əsgərov "L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə danışıqlar aparıb.

Danışıqlar zamanı tərəflər müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədürükü məsələsini müzakirə ediblər. Bundan əlavə, "L3 Technologies” şirkəti "Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilən nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər.

"Paris Air Show 2019” sərgisi çərçivəsində keçirilən əlamətdar tədbirlərdən biri dünyanın ən yaxşı aviaşirkətlərinin mükafatlandırılması mərasimi - "World Airline Awards” olub. Aviaşirkətlər və hava limanlarının xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı agentlik "Skytrax” ardıcıl olaraq ikinci il "Azərbaycan Hava Yolları”nı Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan edib.

"Bu mükafatın təkrar alınması uçuşlarımızda sərnişinlərə təklif edilən xidmətlərin yüksək keyfiyyətinin ən yaxşı sübutudur. "Skytrax World Airline Awards” mükafatları mülki aviasiyada fərqlənmə nişanı hesab edilir. Mən AZAL-ın bütün sərnişinlərinə bizə göstərdiyi etimada, aviaşirkətin bütün əməkdaşlarına isə yüksək xidmət keyfiyyətini təmin etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm”, - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

"Təyyarə göyərtəsində və hava limanı obyektlərində xidmət standartlarının təkmilləşməsi ilə, "Azərbaycan Hava Yolları”nın sərnişinləri aviaşirkətin keyfiyyət artımını müşahidə etməyə davam edirlər. Müştərilər tərəfindən yüksək qiymətləndirilmək "Azərbaycan Hava Yolları”nın aparıcı heyətinə böyük etimadı göstərir” - "Skytrax”ın Baş Direktoru Edvard Pleysted qeyd edib.

Xatırladaq ki, "Skytrax”ın son auditinin nəticələrinə görə, AZAL həmçinin nüfuzlu 4 ulduzlu aviaşirkət statusunu təsdiqləyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” yaxın gələcəkdə Asiya bazarında öz fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. İyunun 25-dən etibarən Bakıdan Hindistanın paytaxtı Dehli şəhərinə birbaşa aviareys açılacaq. Həmçinin digər ölkələrə də yeni istiqamətlər açılacaq.

"Skytrax” auditləri göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyarı əhatə edir. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, aviabiletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.




İmza:

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bu telefonlarda “WhatsApp” işləməyəcək

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

"Azercell" Türkiyədəki abunəçilərinin nömrələrinə internet paketi yükləyib

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK